Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Lənkəran və Sumqayıtda bu tarixdə güzəştli mənzillər satışa çıxarılacaq MİDAdan AÇIQLAMA

Lənkəran və Sumqayıtda bu tarixdə güzəştli mənzillər satışa çıxarılacaq MİDAdan AÇIQLAMA

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-də saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-də saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Sumqayıt Yaşayış Kompleksi üzrə – 27.09.2021-ci il tarixli 31957 nömrəli və 24.01.2022-ci il tarixli 32415 nömrəli;

Lənkəran Yaşayış Kompleksi üzrə – 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi 2 458.3 12 1 2 24 59.9 71.8 “HN CONSTRUCTİON” QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 14 22-09-24 3 24 78.5 93.7 3 515.9 12 1 3 48 77.7 – 82.1 93.3 – 99.3 22-09-24 4 423.6 9 1 2 19 59.7 – 60.9 72.7 – 74.7 “CONCO” QSC, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81A, mənzil 1/2/3. 31-05-24 3 17 78.1 93.8 5 694.1 9 1 2 8 59.7 72.2 31-05-24 3 24 78.1 – 82.3 93.7 – 99.5 6 413.7 9 1 2 16 59.7 72.9 31-05-24 3 16 78.1 93.8 7 412.6 9 1 2 16 59.7 72.9 “Hünər-İnşaat” Firması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63 31-03-24 3 16 78.1 93.8 8 694.1 9 1 2 8 59.7 72.2 31-03-24 3 24 78.1 – 82.3 93.7 – 99.5 9 438.9 9 1 2 10 59.7 – 60.8 72.1 – 74.7 31-03-24 3 26 78.1 – 82.4 93.8 – 99.5 10 515.9 12 1 3 48 77.7 – 82.1 93.3 – 99.3 “HN CONSTRUCTİON” QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 14 22-09-24 11 438.3 12 1 2 12 59.7 71.8 22-09-24 3 36 77.2 – 78.5 93.4 – 93.7

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi 1 852.26 9 2 3 1 72.9 85.3 “Araz İnşaatçı” MMC, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/86 01-03-24 4 16 114.6 135.6 2 810.2 9 2 3 11 72.9 85.3 01-03-24 4 16 114.6 135.6 3 719.34 9 2 3 18 72.9 85.2 “Merkuri-İnşaat” MMC, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 143 01-03-24 4 18 99 119.4 4 723.55 9 2 3 18 72.9 85.2 01-03-24 4 18 99 119.4 5 503.57 9 1 3 36 75.1 – 76.7 89.4 – 91.3 01-03-24

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 59 700 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 77 200 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti – 61 965 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Minimal ilkin ödəniş Aylıq ödəniş* 2 otaqlı 3 otaqlı 4% 3-30 il 10% 257-262 manat 332-354 manat * Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 Lənkəran Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi Müddət Minimal ilkin ödəniş Aylıq ödəniş* 3 otaqlı 4 otaqlı 4% 3-30 il 10% 267-281 manat 362-419 manat * Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Otaqların sayı Mənzilin qiyməti (manat) Əlavə endirim məbləği (manat) Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) 2 59 700 5 970 53 730 3 77 200 7 720 69 480 Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Lənkəran Yaşayış Kompleksi üzrə:

Otaqların sayı Mənzilin qiyməti (manat) Əlavə endirim məbləği (manat) Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) 3 61 965 6 196 55 769 4 84 150 8 415 75 735 Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (www.mida.gov.az) daxil olaraq Sumqayıt və Lənkəran Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, 1 saylı Sumqayıt və Lənkəran regional), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri