Icma.az
close
up
RU
Lənkəranda ailə daxili mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Lənkəranda ailə daxili mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəranda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun qəsəbələrindən birində baş verib 1993-cü il təvəllüdlü Maqsud fərdi yaşayış evinin mətbəxində ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zahidəni (adlar şərtidir – red.) itələyərək divara çırpıb. 
Hadisəni törədən Maqsudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evlidir, övladı yoxdur: “Fərdi əməklə məşğul olaraq ailəmin dolanışığını təmin etməyə çalışıram. Heç kimlə şəxsi ədavətim və düşmənçiliyim yoxdur. Barəmdə şikayətçi olan Zahidə həyat yoldaşımdır. Onunla ailə qurduğum zamandan bəri münasibətlərimiz yaxşı olmayıb. Buna səbəb aramızda mütəmadi baş verən ailə daxili mübahisə və münaqişələr olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl, saat təxminən 12 radələrində iş yerindən çıxaraq evinə yollanıb: “Yoldaşım hazır vəziyyətdə məni gözləyib. Birgə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getməli idik. Zahidə ilə evi tərk etmək istəyən zaman o, məni gecikməkdə günahlandırdı. Buna görə aramızda mübahisə yarandı. O, heç bir yerə getməyəcəyini bildirdi və uca səslə evin həyətində danışmağa başladı. Buna görə Zahidənin qolundan yapışaraq onu evə saldım. Həmin zaman qəzəbli olduğuma görə onun çiyin nahiyəsindən bir neçə yumruq zərbəsi endirdim. Bu zaman anam yaranan mübahisəyə müdaxilə etdi və aranı sakitləşdirdi. Daha sonra isə evi tərk edərək iş yerinə yollandım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün səhər saatlarında işə yollanıb: “Saat 12 radələrində nahar etmək məqsədi ilə evə geri qayıtdım. Mətbəxdə olan zaman Zahidə ünvanıma xoşa gəlməz sözlər deməyə başladığından aramızda yenidən mübahisə yarandı. Mübahisə zamanı yoldaşım mətbəxdə olan bəzi qabları əlinə alaraq yerə vurmaq istədi. Anam baş verən mübahisəyə müdaxilə etdi. Bu zaman qəzəbləndim və Zahidənin qolundan tutaraq onu itələdim. Bu zaman onun baş nahiyəsi divara dəydi. Bundan sonra oradan uzaqlaşdım və evin həyətinə düşərək qayınanam Elnarə ilə telefon əlaqəsi yaradaraq, baş verən hadisə barədə onu məlumatlandırdım. Bir müddət keçdikdən sonra qayınanam və qayınatam gəldi. Baş verənlər aramızda müzakirə olundu və qaydasına qoyuldu”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Zahidə hazırlaşaraq evi tərk edib: “Həmin zaman evdə olsam da, onun qarşısını kəsmədim və hara getməsi barədə soruşmadım. Aramızda baş vermiş mübahisə bir müddət davam etdi”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Maqsud 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. Bu müddət ərzinəd onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Bundan əlavə, onun Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri