Lənkəranda avtomobil dərəyə aşdı
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanbulan-Biləsəsər kənd yolunda, Daşdatük kəndi ərazisində baş verib.
Belə ki, Astara rayonu, Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Nəticədə avtomobilin sürücüsü və sərnişinlər Astara rayonu, Siyəkü kənd sakinləri - 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 20 İyul 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















