Lənkəranda böyük quruculuq işləri görülür FOTOLAR
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində cənub mirvarisi Lənkəranda böyük quruculuq işləri aparılır. Həmçinin şəhər mühitinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin estetik görkəminin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda şəhərin bir sıra küçə və prospektlərində, park və ictimai məkanlarında təmir-bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.
Aparılan işlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha 33 küçədə də kompleks abadlıq və bərpa tədbirləri həyata keçirilir. Bu tədbirlər yol infrastrukturunun yaxşılaşdırılmasını, yaşayış ərazilərinin abadlaşdırılmasını, ictimai məkanların yenilənməsini və şəhər mühitinin daha rahat, təhlükəsiz və müasir standartlara uyğun formalaşdırılmasını nəzərdə tutur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu günlərdə isə Liman şəhərində, Hirkan və Gərmətük qəsəbələrində olub, aparılan infrastruktur yenilənməsi, küçələrin abadlaşdırılması və ərazilərin müasir şəhərsalma tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərlə yerində tanış olub.
İcra başçısı işlərin keyfiyyətlə və müəyyən olunmuş müddətdə başa çatdırılması, sakinlərin rahatlığının və gündəlik tələbatlarının nəzərə alınması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı:119
Bu xəbər 26 Noyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















