Icma.az
close
up
RU
Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran, 19 noyabr, AZƏRTAC

Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərin vəziyyəti ilə yerində tanışlıq olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru rayonun iri fermer təsərrüfatlarına baş çəkiblər.

Səfər zamanı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrdə görülən işlərə baxılıb. Əsas məqsəd zona müşavirəsində irəli sürülən təşəbbüslərin icra vəziyyətini yoxlamaq, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olmaq və mövcud vəziyyəti yerində qiymətləndirmək olub.

Baxış zamanı Lənkəranın ənənəvi aqrar sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıq üzrə ixtisaslaşmış təsərrüfatların, eləcə də kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin fəaliyyəti nəzərdən keçirilib.

Qeyd olunub ki, son illərdə rayonda çay plantasiyalarının və sitrus bağlarının sahəsi genişləndirilib, yerli çəltik sortlarının məhsuldarlığının artırılması məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə başlanılıb. Aqrar sektorun inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi və ixrac potensialının artırılması istiqamətində işlər davam etdirilir.

Görüş zamanı fermer və sahibkarların qarşılaşdıqları problemlər və qayğılar dinlənilib. Qaldırılan məsələlərin operativ həlli, eləcə də kənd təsərrüfatı istehsalçılarına zəruri dəstəyin göstərilməsi istiqamətində müvafiq addımların atılacağı bildirilib.

Dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən fermer və sahibkarlar yaradılan şəraiti yüksək qiymətləndirib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıblar.

Müxbir - İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri