Icma.az
close
up
RU
Lənkəranda ikinci çay yığımı FOTOLARDA

Lənkəranda ikinci çay yığımı FOTOLARDA

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Lənkəran, 6 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə regional inkişafın təmin olunması və regional resurslardan səmərəli istifadə edilməsi məqsədilə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi strategiyası uğurla yerinə yetirilir. Bu kontekstdə qəbul edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı ölkənin ənənəvi sahələrinin daha da inkişaf etdirilməsi, müasir texnologiyalardan istifadə, yerli istehsalın stimullaşdırılması və ixrac potensialının artırılması istiqamətində yeni mərhələnin əsasını qoyub. Belə ənənəvi sahələrdən biri də çayçılıqdır. Əsas çayçılıq bölgələrimizdən biri hesab olunan Lənkəran rayonunda fermerlər məhsul yığımını sürətləndiriblər və hazırda rayonda ikinci çay yığımı mövsümü uğurla davam edir. Əlverişli hava şəraiti, aqrotexniki qaydalara vaxtında və düzgün əməl olunması, həmçinin plantasiyalarda müasir suvarma texnologiyalarının tətbiqi bu il də yüksək məhsuldarlıq üçün zəmin yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda çay plantasiyalarının sahəsi 547,7 hektara çatdırılıb. Bunun 300 hektara yaxını yeni salınmış sahələrdir. Ötən il 395,8 ton məhsul əldə edilib. Qarşıya qoyulan əsas məqsəd isə çay sahələrini 1000 hektara və illik məhsul istehsalının 800 tona çatdırılmasıdır ki, bu da ölkə üzrə idxaldan asılılığın 15,4 faiz azaldılmasını təmin edəcək.

Rayonun tanınmış çayçı fermerlərindən olan Mirağa Həsənovun təsərrüfatında birinci çay yığımı may ayında başlanıb. Mövsümün ilk mərhələsində plantasiyalardan 50 ton yaşıl çay yarpağı tədarük olunub. Hazırda davam edən ikinci yığım dövründə artıq 15 tona yaxın məhsul toplanıb. Fermerin sözlərinə görə, yığım hələ bir müddət davam edəcək və hava şəraiti əlverişli keçərsə, əlavə məhsulun əldə olunacağı gözlənilir.

Mirağa Həsənov bildirib ki, son illər çay plantasiyalarında tətbiq olunan müasir becərmə üsulları və texnoloji yeniliklər məhsuldarlığın artmasına ciddi təkan verir: "Çay rütubəti sevən bitki olduğundan suvarmanın düzgün təşkili xüsusi əhəmiyyət daşıyır. Təsərrüfatda tətbiq etdiyimiz damcı suvarma sistemi sudan daha səmərəli istifadəyə imkan yaradır. Suvarma əsasən gecə saatlarında həyata keçirilir ki, bu da həm su itkisinin qarşısını alır, həm də torpağın və bitkinin optimal şəkildə nəmlənməsini təmin edir. Nəticədə bitkilərin vegetativ inkişafı sürətlənir, yarpaqların keyfiyyəti yüksəlir və məhsuldarlıq artır".

Fermer qeyd edib ki, çayçılığın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, subsidiyalar və aqrar sahəyə göstərilən diqqət onlara əlavə stimul verir. Əldə olunan müsbət nəticələr gələcək illərdə plantasiyaların sahəsinin genişləndirilməsi və istehsalın daha da artırılması üçün əlverişli şərait yaradır.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, mövsümün əvvəlindən indiyədək sahələrdən 200 tona yaxın yaşıl çay yarpağı tədarük olunub, orta məhsuldarlıq isə hər hektardan 8 sentner təşkil edib. Mövsüm ərzində aqrotexniki tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi məhsuldarlığın yüksəlməsində mühüm rol oynayıb.

Qeyd edək ki, plantasiyalarda ikinci yığım mərhələsi hazırda davam edir və fermerlər mövsümün sonunadək ümumi məhsul istehsalının daha da artacağını proqnozlaşdırırlar.

Müxbir- İlkin Adıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri