Lənkəranda QƏZA: ərazinin bir hissəsi işıqsız qaldı
Icma.az bildirir, Lent az portalına istinadən.
Lənkəranda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb, ərazinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Lent.az, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb.
Qəza nəticəsində Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 2005-ci il təvəllüdlü Fikrət Mərdan oğlu Nurullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Hazırda yaralının müalicəsi xəstəxanada davam etdirilir.
Qəza zamanı 10 minlik elektrik xətti də qırılıb və ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:170
Bu xəbər 28 Avqust 2026 01:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















