Icma.az
close
up
RU
Lənkəranda “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilib

Lənkəranda “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Lənkəranda gənclərin fiziki hazırlığını yüksəltmək, vətənpərvərlik ruhunu gücləndirmək və onların hərbi-idman bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yarış zamanı iştirakçılar müxtəlif mərhələlər üzrə sınaqlardan keçiblər. Buraya sıra hazırlığı, fiziki dözümlülük, sərrastlıq, maneələr zolağından keçid, ilkin tibbi yardım bacarıqları və digər tapşırıqlar daxil olub. Komandaların həm taktiki hazırlığı, həm də komandadaxili birlik və koordinasiya bacarıqları xüsusi diqqət mərkəzində olub.

Lənkəran rayonu ümumtəhsil məktəblərindən təşkil olunmuş 18 komandanın iştirak etdiyi hərbi-idman oyununda Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyi 3-cü yerə, Hirkan qəsəbə tam orta məktəbi 2-ci yerə layiq görülüb, Haftoni qəsəbə tam orta məktəbinin komandası isə 1-ci yeri tutaraq zona mərhələsinə vəsiqə qazanıb.

Rayon mərhələsinin qalibi olan komanda Lənkəran şəhərində keçiriləcək zona birinciliyində rayonu təmsil edəcək.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Aprel 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri