Lənkəranın tarixi və təbii gözəllikləri FOTO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub.
Bizim.Media xəbər verir ki, mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi olub.
Səfər zamanı media nümayəndələri Mir Əhməd xanın tarixi evində fəaliyyət göstərən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək şəhərin tarixi və mədəni irsi barədə məlumat əldə ediblər.
Daha sonra Hirkan Milli Parkı və Xanbulan gölü ziyarət olunub, Lənkəranın təbii turizm imkanları barədə məlumat verilib. Proqram çərçivəsində çayçılıq və çay istehsalı prosesi təqdim olunub, eləcə də Arıçılıq Muzeyində apiterapiyanın tətbiqi imkanları barədə məlumat verilib.
Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.











Günay Şahmar, Bizim.Media
Baxış sayı:110
Bu xəbər 10 Sentyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















