Icma.az
close
up
RU
Lerik Bələdiyyəsi ölkədə 3 cü olub

Lerik Bələdiyyəsi ölkədə 3 cü olub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lerik şəhərinin girəcəyindən əsrarəngiz, möhtəşəm bir panoram açılır. Dərin dərələr, sıldırım qayalar, uca dağlar dörd tərəfdən şəhəri əhatəyə alıb. Yaraşıqlı fərdi evlər və hündür binalar mişar daşından tikildiyindən, dağların qoynuna sığındığından Lerik “dağların ağ şəhəri” adlanır.

Rayon mərkəzinə aparan yolun solunda əkilmiş akasiya və bəzək ağacları, yeni salınmış yaşıllıqlar, səliqə-sahman göz oxşayır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış mərkəzi meydan müasir üslubu, milli koloriti, möhtəşəmliyi ilə seçilir. Son illər uca dağlar qoynuna sığınan qədim Lerik şəhəri dövlətimizin diqqət və qayğısı, yerli icra strukturlarının onlara tapşırılan vəzifələrə məsuliyyətlə yanaşmaları, eləcə də şəhər sakinlərinin fədakarlığı sayəsində xeyli gözəlləşib.

Lerikin abadlaşması, müasirləşməsində şəhər bələdiyyəsinin də əməyi az deyil. Lerik Bələdiyyəsinin sədri Ceyhun Zahidov gəncdir, cəmi 32 yaşı var, amma çox bacarıqlı və işgüzardır. Bələdiyyə sədri ilə abadlıq işləri zamanı görüşürük. “Lerik son illər gözəlləşib”, - deyirəm. Cavab belə olur:

– Gördüyünüz bütün quruculuq işlərinin, yeniliklərin müəllifi dövlət başçısıdır. Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin hər yerində sürətli inkişaf və tərəqqinin şahidi oluruq.

O ki qaldı bizim Lerikə, bura, həqiqətən, insan əllərinin qüdrəti ilə abadlaşır, müasir şəhərə çevrilir. Şəhərin gözəlləşməsinə, sakinləri narahat edən sosial problemlərin həllinə rayonun icra strukturları ilə yanaşı, Lerik Bələdiyyəsi də öz töhfəsini verməyə çalışır.

Ceyhun Zahidov gördüyü işlərdən danışmağı o qədər də sevmir. “Borcumuzdur, seçicilər böyük etimad göstəriblər, biz də bu etimadı doğrultmalıyıq”, - deyir. Əsas məsələ odur ki, Lerik sakinləri yeni bələdiyyə sədrinin fəaliyyətindən razıdırlar. Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov bildirdi:

– Ceyhun cavan olsa da, fəal və təşəbbüskardır. Onu günün hər vaxtında şəhərdə, sakinlərin arasında görmək olur. Şəhid, imkansız ailələri, qaziləri heç vaxt unutmur. Həmişə yanımızdadır. Şəhidlərin ad və anım günlərində, bayramlarda bələdiyyə üzvləri ilə birlikdə şəhid ailələrinə baş çəkir, dərdlərinə şərik olur, qayğısını əsirgəmir. Şəhid zabit Əliqismət Yaqubovun atası kimi, bütün bunların canlı şahidiyəm.

Bildiyiniz kimi, bu il Lerikdə qış çox sərt keçdi. Bəzi yerlərdə qarın hündürlüyü 1 metrdən çox idi. Lerik Bələdiyyəsi gücləndirilmiş iş rejimində 4 texnika ilə Lerik şəhərinin küçələrini, Cəngəmiran, Pirzəküçə və Hıramo kəndlərinin yollarını qardan təmizlədi. Kəskin hava şəraiti, intensiv yağıntılar zamanı da bələdiyyə operativ tədbirlər gördü.

Lerik Bələdiyyəsi yeni infrastruktur sahələrin yaradılması, rayonun landşaftının qorunması, turizm imkanlarının genişləndirilməsi istiqamətində layihələri dəstəkləyir.

Öyrəndik ki, bələdiyyə diqqətdən kənarda qalmış xeyli sayda əmlakı uçota alıb, vergi ödəyicilərinin sayı da artıb. “SMS” xəbərdarlıq xidməti vasitəsilə ödəyicilər operativ şəkildə məlumatlandırılır, ödənişlər portal vasitəsilə həyata keçirilir. Aparılan fərdi və kütləvi izahat işləri, maarifləndirmə tədbirləri nəticəsində ödəniş intizamı yüksəlib. Yerli vergilərin yığılmasında ciddi irəliləyişə nail olunub. 2024-cü illə müqayisədə ötən il vergi yığımı 7 dəfə artıb. Ölkə üzrə artım nisbətinə görə Lerik Bələdiyyəsi ilk üçlükdə yer alıb.

Cari ilin birinci rübündə də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 6 dəfə çoxalıb. Yerli büdcənin formalaşması üçün qüvvələr səfərbər edilib.

Bələdiyyənin daxili imkanları hesabına Lerik şəhərinin İ.Yaqubov küçəsindəki 48 mənzilli yaşayış binasının həyətində müasir işıqlandırma sistemi qurulub. Cəngəmiran və Pirzəkücə kəndlərində suötürücü borular yenilənib, Pirzəkücə kəndində məhəllədaxili yollarda təmir-bərpa işləri görülüb.

Bələdiyyənin ərazisində bayramların, adət-ənənələrin, dini ayinlərin icrası üçün lazımi şərait yaradılıb.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri