Icma.az
close
up
RU
Lerikin icra nümayəndəliyi 43 minə bir sıra xidmətlər alır

Lerikin icra nümayəndəliyi 43 minə bir sıra xidmətlər alır

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi "Kanon 9" MMC ilə 43 158,5 manatlıq satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə sadəcə "bir sıra xidmətlərin göstərilməsi" nəzərdə tutulur. Lakin bu xidmətlərin konkret nədən ibarət olduğu açıqlanmayıb.

Dövlət satınalmalarının vahid internet portalında da müqavilənin detalları ilə bağlı heç bir əlavə məlumat yer almayıb. 

Müqavilə bağlanmış "Kanon 9" MMC cəmi 8 ay əvvəl - 25 sentyabr 2024-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir və hüquqi ünvanı Saatlı rayonunun Əlisultanlı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İmanov Elşən Məhəmmədəli oğludur.

Açıq mənbələrdə nə "Kanon 9" MMC, nə də onun təmsilçisi haqqında hər hansı ictimai və ya peşəkar məlumat mövcuddur. Bu isə şirkətin fəaliyyət sahəsinin və təcrübəsinin qeyri-müəyyən olması anlamına gəlir.

Qanunvericiliyə əsasən, dövlət satınalmalarında iştirak edən şirkətlərin peşəkarlığı və etibarlılığı əsas şərtlərdən biri kimi qiymətləndirilir. Lakin fəaliyyəti və bacarığı barədə heç bir məlumat olmayan, yeni qeydiyyatdan keçmiş bu MMC-nin bu tələblərə cavab verib-vermədiyi şübhə doğurur.

Qeyd edək ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı 2022-ci ildən bu vəzifədə çalışan Əkbər Abbasovdur. Lerik şəhəri üzrə nümayəndə vəzifəsini isə Ramal Məstiyev icra edir.

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyun 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri