Levon Köçəryan: “Nikol Paşinyan başda olmaqla indiki hakimiyyət Ermənistanın varlığına təhlükədir” KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nikol Paşinyan başda olmaqla indiki hakimiyyət Ermənistanın varlığına təhlükədir.
KONKRET.az xəbər verir ki, bunu parlamentdə sabiq prezident Robert Köçəryanın oğlu, “Ermənistan” fraksiyasının üzvü, deputat Levon Köçəryan deyib.
“İki gün əvvəl bu tribunadan Nikol Paşinyanın ağzından daha bir yalan eşidildi. Bu platforma bütün bunlara tab gətirə bilər, amma ölkə artıq yalana, saxtakarlığa, xəyanətə tab gətirə bilmir. Bu hakimiyyət nəinki keçmişi saxtalaşdırır, bununla da öz uğursuzluqlarını “əsaslandırmağa” çalışır, həm də gələcək haqqında yeni fəlakətlərlə dolu müəyyən konsepsiya təklif edir.
Bu adam davamlı olaraq səmimi olmağın vacibliyindən danışır, lakin daim yalan danışır, tutulur, manipulyasiya edir. Bəlkə də bu, onun parlaq şəkildə mənimsədiyi yeganə alətdir.
İndiki hakimiyyət gələnə qədər Ermənistan dövlətçiliyinin mövcudluğuna təhlükə məsələsi heç vaxt gündəmə gəlməmişdi. Belə bir söz deyən adam dəli sayılardı. Məhz bu iqtidarın sayəsində Vətənimizin əhəmiyyətli bir hissəsi artıq mövcud deyil”, – deyə Levon Köçəryan yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















