Levon Köçəryan Paşinyanın bəyanatı haqda: Bu, təkcə cahillik deyil, həm də alçaqlıqdır KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Parlamentin “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanın “Qərbi Ermənistan” və “Qərbi Azərbaycan” ifadələri ilə bağlı səs-küylü bəyanatına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Paşinyanın “Qərbi Ermənistan” ifadəsini “Qərbi Azərbaycan”la eyniləşdirməsi təkcə nadanlıq deyil, həm də alçaqlıqdır”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Paşinyan müsahibəsində bunları deyib: “İndi biz çox narahatıq ki, kimlərsə haradasa “Qərbi Azərbaycan” ifadəsini işlədir, eləmi? Biz “Qərbi Ermənistan” deyəndə bunun da bəzilərini qıcıqlandırdığını düşünmürükmü?
İndi yenə deyəcəklər ki, bu, növbəti xəyanətdir, amma bu gün elə bir statusdayam ki, xalqımızla doğru danışmağa məcburam. Əgər bunu etməsəm, o zaman bilərəkdən ölkəmizi dövlətçiliyin itirilməsinə aparacağam, buna yol verə bilmərəm”.
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















