Icma.az
close
up
RU
“Levon Ter Petrosyanın hakimiyyətə qayıdışı qeyri mümkündür” Deputat

“Levon Ter Petrosyanın hakimiyyətə qayıdışı qeyri mümkündür” Deputat

525.az saytına istinadən Icma.az xəbər verir.

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın yaşı 80-i keçib. Bu yaşda onun hakimiyyətə qayıdışı qeyri-mümkündür. Sadəcə olaraq partiyası seçkilərdə parlamentə keçməyə çalışacaq”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov Ter-Petrosyanın son günlər müşahidə olunan siyasi fəallığı və hakimiyyətə gəlmək imkanlarını şərh edərkən deyib.

Deputat bildirib ki, indi onun sədri olduğu partiyaya -  Ermənistan Milli Konqresinə real rəhbərlik edən şəxs vaxtilə Ter-Petrosyanın köməkçisi olmuş və ən yaxın adamı Levon Zurabyandır:

“Parlamentdə yer əldə etmək istəyirlər, amma Ter-Petrosyanın aktiv siyasətə qayıdışı düşünürəm ki, qeyri-mümkündür. Yaş amili həlledicidir, həmçinin Ter-Petrosyan onu da yaxşı anlayır ki, reytinqi siyasətdə gəlib söz sahibinə çevrilmək üçün kifayət deyil. Reytinqi bir neçə faiz arasındadır”.

Ermənistanın birinci prezidentinin seçkilərdə kimə dəstək verə bilməsinə gəlincə, R.Musabəyov hesab edir ki, Ter-Petrosyanın vəziyyətinin çətinliyi ondan ibarətdir ki, nə Paşinyana dəstək vermək istəyindədir, onun tənqidçisidir, nə də Sarkisyan və Köçəryanla da tərəfdaş kimi çıxış etməsi məqbul deyil:

“Ona görə də həmişə kənarda qalır. Ümumiyyətlə, parlamentə keçmək ehtimalları çox cüzidir. Ortaya Köçəryana və Paşinyana yaxın olmayan hansısa bir koalisiya çıxsa, Ter-Petrosyan tərəfdarlarını özlərinə qatmaq istəyində olsalar, bəlkə də hansısa şans əldə edə bilərlər. Blok çərçivəsində keçmək üçün gərək 7 faiz səs toplayasan, təkbaşına partiya kimi isə 5 faiz tələb olunur. Onlar 5 faiz səs yığa bilmirlər. Amma indi kimləsə koalisiya şəklində seçkiyə getdiyi halda, 7 faizlik barajı keçmək lazımdır.  O da müşkül bir məsələdir”.

Ter-Perosyanla Rusiya səfirinin görüşünə gəlincə deputat hesab edir ki, Rusiya səfiri çalışır bütün siyasi mənzərini əhatə etsin: “Ter-Petrosyan erməni siyasi səhnəsində nüfuzlu bir şəxsdir, çəkisi həlledici olmasa belə, amma sözü eşidilir, müəyyən təsirə malikdir, ona görə Rusiya səfirliyi bu görüşləri keçirir. Anlayırlar ki, gedib Köçəryanla, Sarkisyanla görüşəndə Nikol Paşinyan hökumətində böyük qıcıq yaradır, hakimiyyət Ter-Petrosyanı özünə elə də təhlükə yaradan rəqib kimi görmür. Ona görə də bu cür görüşlərə göz yumurlar”.

Bu arada qeyd edək ki, Ermənistan gələn il keçiriləcək parlament seçkilərində xarici müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqından yardım istəyib. Avropa İttifaqı artıq Ermənistana qonşu ölkələrdən dezinformasiya və müdaxilə kampaniyalarının qarşısını almaq üçün 15 milyon avro ayırıb.

R.Musabəyov Ermənistanda mümkün seçki təhdidləri ilə bağlı bildirib ki, Moldovada bu hal müşahidə edildi, Rusiyadan bir şəbəkə yaradılmşdı, həmin şəbəkə vasitəsilə eyni zamanda pulla seçiciləri ələ alaraq Maya Sandu hökumətinə qarşı səsverməyə sövq etmişdilər:

“Bunun müqabilində Avropa İttifaqı nəzərə aldı ki, bir çox Moldova vətəndaşları Avropadadır, maliyyə ayırdı. Hökumət bunu edə bilmirdi, amma Aİ öz maliyyəsi ilə seçki məntəqələri yaratdı və xaricdə olan Moldova vətəndaşlarının səsvermə hüquqlarından faydalanmalarını təmin etdi. Nəticə isə belə oldu ki, Sandu öz ərazisində seçkiləri uduzdu, amma xarici səslər hesabına seçkiləri uddu və bununla da parlamentdə çoxluğu saxlaya bildi. Eyni zamanda, ruspərəst qüvvələr hansılar ki, pulla camaatı ələ almaq istəyirdilər, Moldovada onların da qarşısı xeyli alındı. İndi də bilirlər ki, Rusiya milyarderləri diasporanı fəallaşdıraraq öz məqsədlərinə çatmaq istəyirlər. Ermənistanda seçicilərin 60 faizi heç bir siyasi qüvvəyə dəstək vermək istəyində deyil. İndi onlar 200-300 min nəfərin pul müqabilində seçkilərə gətirib, Rusiyanın istədiyi partiyalara səs vermələrini təmin etməklə seçkilərin nəticəsini dəyişə bilərlər. Adambaşı 100 dollardan 200-300 min səs 30 milyon dollar pul edir. Elə də böyük vəsait deyil. Sadəcə olaraq o pulları çatdırmaq məsələsi var. Elə bir şəbəkə qurulmalıdır ki, onun vasitəsilə həm pul çatsın, həm də istədikləri nəticəni əldə etsinlər. Hiss olunur ki, bunun üçün daha çox dini şəbəkədən istifadə etməyə çalışırlar. Onsuz da hər bir kənddə bir keşiş var, o keşiş daim insanlarla əlaqədədir, yoxsullara yardımlar çatdırır, kimlərsə yardım gətirirsə, o da kilsə vasitəsilə çatdırılır. Onların gedib kimlərəsə “filankəsə seçkidə dəstək ver, əvəzində pul, yaxud ərzaq yardımı alacaqsan” demələri ilə seçkilərin nəticələrinə təsir etmələri mümkündür. Ona görə də Paşinyan milyarderləri həbs edib, keşişlərin də başın o dərəcədə öz problemlərinə qatır ki, onlar bu cür şəbəkə yaradıb, seçkilərə qoşulmağı ağıllarından çıxartsınlar”.

Deputat deyib ki, mübarizə gedir, hər tərəf öz imkanlarından istifadə etmək istəyir, amma Avropa İttifaqı o cümlədən Rusiyadan həm təbliğatı, həm maliyyə imkanlarından istifadə edərək seçkilərə təsir imkanlarının qarşısını almaq üçün Paşinyana maliyyə dəstəyi də verə bilər. Artıq bu məqsədlə də 15 milyon avro ayrılıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri