Icma.az
close
up
RU
Levonu özünə kirvə tutanlar

Levonu özünə kirvə tutanlar

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Heç kimə sirr deyil ki, sovetin vaxtında azərbaycanlılarda qəribə dəb var idi, ermənilərdən kirvə tutmaq. Bu adətin haradan qaynaqlandığı mənə məlum olmasa da, erməni gəlinlərinin varlı-hallı azərbaycanlı ailələrində olması faktı danılmazdır.

Elə indinin özündə belə qarışıq nikahlardan olan ailələr var. Düzdür, indi onların artıq nəvələri var. Amma faktiki Azərbaycanda yaşayırlar. Kefləri kök, damaqları da çağ.

Və bunu hər dəfə ən uyğun, hətta uyğun olmayan məqamda qeyd etməliyik ki, günü bu gün Azərbaycanda 30 000-dən artıq erməniəsilli vətəndaş yaşayır.

Çünki yenə erməni təbliğat maşını başlayıb ki, "bəs erməniləri Bakıdan qovublar, qırıblar, nə bilim nə ediblər!"

Həyasızlıq müdhiş üstünlükdür. Bunu da hər kirvə bacarmaz.

Son illər ermənini özünə kirvə tutan Qərbdir. Hər cürə nazını çəkir, cibinə pul basır ki, bircə Ermənistan olmayan papağını da götürüb getsin üzü o yana, Rusiyadan uzaq.

Və buna nail olmaq üçün illərdir siyasi manevrlər həyata keçirir, Qərb media qurumları da canla-başla təbliğat aparırlar.

Məsələn, Levon Ter-Petrosyanın liberal oğlan olması...

Levonun Qərb üçün "xoroşiy malçik" olması hələ o demək deyil ki, Levon qatı milliyyətçi deyil.

İllərdir Qərb institutları tərəfindən yaradılan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın liberal, demokrat, ədalətli siyasətçi, prezident obrazı bir video tərəfindən çilik-çilik oldu. Levonu özünə kirvə tutan Qərb mediası isə hələ də susur və heç bir münasibət bildirmir.

Bayram günlərini və tətilini bəhanə gətirib düşündüm ki, axır yazarlar. Axı onlar ədalətli Qərb prinsiplərinə sadiq qalan media qurumlarıdır...

Neçə gündür "Azadlıq Radiosu", "BBC Azərbaycan" və s. izləyirəm ki, görüm bir ölkənin keçmiş prezidentinin açıq mətnlə dediyi və heç bir sübuta ehtiyac olmayan çıxışında faşizm şüar və ideyalarının səsləndirməsi bu media qurumlar tərəfindən niyə işıqlandırmır?

Hələ də sosial şəbəkə səhifələrində "Azərbaycanda işığın, qazın qiyməti qalxdı" başlıqlı xəbərlər yerləşdirirlər.

O boyda "liberal layihə" Levon Ter-Petrosyan deyir ki, "biz 200 000-nə yaxın azərbaycanlını tarixi, doğma torpaqlarından qovmuşuq. Ermənistanı pisliklərdən təmizləmişik". Açıq mətnlə deyir: "Unutmayın ki, üç rayonda - Vardenis, Masis və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdilər, habelə Zəngəzurda əhalinin böyük qismi azərbaycanlılar idi". Deməli bir daha öz dili ilə etiraf edir ki, cəmi 30 il bundan əvvəl məhz bu ərazilərdə azərbaycanlılar yaşayıb, özü də çoxluq olub.

Bunu mütləq qeyd etməliyəm ki, Levon Ter-Petrosyan birbaşa "miatsum" hərəkatının rəhbəri olub. Elə bu hərəkatın belində də hakimiyyətə gəlib.

Levonun çıxışı da, elə onun apardığı siyasəti və mənəviyyatı ehtiva edir.

Hə, onu da qeyd edim ki, Levon Ter-Petrosyan nə SSRİ Ermənistanında, nə də SSRİ Azərbaycanında doğulmayıb. 1945-ci ildə Suriyanın Hələb şəhərində doğulub. 1946-cı ildə Ermənistana köçüb. 1991-ci ildə Ermənistanın ilk prezidenti seçilib. Ruslar demiş "niçeqo sebe karyernıy rost".

Və bu nümunədə belə biz ermənilərin Qafqaza aid olmadığını bir daha görürük. Bəli onlar İranda, İraqda, Fələstində, Suriyada yaşayıblar.

Onlar heç vaxt İrəvanda, Zəngəzurda, Masisdə, ələlxüsus Qarabağda olmayıblar.

Amma bunu ancaq biz görürük. Vardanyanın Bakıda istifadəsi üçün daha yumşaq tualet kağızı tələb edən Qərb institutları bu həqiqəti görmürlər. Onlar hələ də "Xalqların öz müqəddəratını təyinetmə hüququ" anlayışını ancaq erməni tərəfi üçün labüd görürlər. Amma 200 000 azərbaycanlının öz tarixi torpaqlarında, Ermənistanda müqəddəratını tanımırlar.

Qərb institutları tərəfindən Qarabağ probleminin həllində Rusiya siyasi elitasının dəstək verdiyi Koçaryan və Sarqsyan cütlüyünə qarşı oynadığı Levon Ter-Petrosyanın "liberal oğlan" kartı bu videonun üzə çıxması ilə tam fiaskoya uğradı.

Levon deyir ki, "biz Qarabağla bağlı danışıqları 30 il də uzada bilərik, onu Kipr formatına salacağıq. Danışıqlar davam edincə biz güclənəcəyik".

Deməli elə əvvəldən MİNSK qrupu, Avropa Birliyi, "danışıqlar masasını" yaradanlar hər şeyi bilirdilər. Və bu danışıqları əbədiyyən aparacaqlarına əmin idilər.

Qərb uzun illər bizə "bu məsələnin hərb vasitəsilə həlli mümkün deyil", "Qarabağın itirilməsi ilə barışmalısınız" kimi tezislərinin mənası bu gün daha aydın görünür.

Lakin Azərbaycan tərəfi hər dəfə dəlil və sübut gətirəndə Qərb susur üç meymun oyununa davam edir (yəni görmür, eşitmir, danışmır). Və bu gün var gücü ilə qışqırır ki, "Bakıda saxlanılan Vardanyan üçün ekoloji cəhətdən təmiz və olduqca yumşaq tualet kağızı tələb edirik!" Mən də Ruben üçün "şkurka" tələb edirəm, hə nə olsun?

Qərbin xarakteri, siması, qatları açıldıqca onları ermənilərlə yaxın edən cəhətlərin daha çox olduğunu sezirəm.

Mənə görə erməni xisləti unikaldır, təkrarolunmazdır və hətta deyərdim ki, fövqəladədir. Fitnə, yalan, ikiüzlülük, arxadan zərbə vurmaq üzrə bu topluma heç kim çata bilməz. Bütün kollektiv Qərbi yığsan belə...

Yəni əgər bir erməniyə bu gün "lideral" olmaq lazımdırsa, o hamıdan çox liberal olacaq. Yox, əgər bir erməniyə "patriot" olmaq lazımdırsa, o hamıdan çox "patriot" olacaq. Ona görə də erməni nəsə deyəndə, mən o dəqiqə düşünürəm ki, görəsən bu erməniyə nə lazımdır ki, belə danışır? Bu gün Paşinyanın Qərblə can-ciyər olması, Makronla qoy-boyun olması elə-belə deyil axı.

Bu gün Levon Ter-Petrosyanın 1993-cü ildə terrorçular qarşısında, Ermənistanın siyasi və hərbi elitasının azərbaycanlılara qarşı törətdiyi cinayətləri ifadə edən videoyazısının da indi ortaya çıxması təsadüf deyil axı.

Və bu çıxışa Qərb mediasının susması da həmçinin xeyli suallar doğurur.

Əziz və çox hörmətli Qərb mediası və Qərbdə insan hüquq və azadlıqlarını qoruyan təşkilat və qurumlar, əminəm ki, "liberal oğlan" Levon Ter-Petrosyanın çıxışını eşitməmiş deyilsiniz, amma bir başıpapaqlı siyasətçi, ekspert hələ də ortaya çıxıb demir ki, "onun dedikləri və etdikləri 200 000 min insana milli mənsubiyyətinə görə törədilmiş genosiddir".

Dəyərli qərb həmkarları, yəni bu çıxışda sizi narahat edən heç nə olmadı?

Hər dəfə belə halla üzləşəndə "Qarabağ" FK-nın keçmiş mətbuat katibi Nurlan həmkarımız yadıma düşür. Ermənistanın siyasi və hərbi elitasının əmri ilə Gəncəyə raket atılır, körpə uşaqlar öldürülür, Nurlan İbrahimovu isə UEFA ömürlük futboldan uzaqlaşdırır.

Adını da qoyur ki, bəs irqçilik, milliyyətçilik və s.

İndi mən durub desəm ki, UEFA- da "hamısı axmaqdır", deyəcəklər ki, bəs Azərbaycanda fəaliyyət göstərən jurnalist o boyda təşkilatı təhqir etdi, onu Beynəlxalq Ədalət Məhkəməsinə veririk. 100 000 avro da cərimə ödəsin.

Ona görə də demirəm. Deyirəm ki, gedin Levon Ter-Petrosyanın çıxışına baxın və mütəfəkkir, humanist, müasir Qərb düşüncənizi və mövqeyinizi ortaya qoyun.

Bir dəfə də açıq-aşkar sübutları inkar etməyin.

Ya da ki, pulunu, xərcini deyin, xalq olaraq yığıb verək. Yazın bu yazını, göstərin bu xəbəri.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see244

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see181

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see149

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see144

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see144

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see140

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see139

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see131

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see127

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see126

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see126

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri