Icma.az
close
up
RU
ERMƏNİLƏRİ İNDİDƏN KİRVƏ TUTANLAR... Yaman tez başlandı!

ERMƏNİLƏRİ İNDİDƏN KİRVƏ TUTANLAR... Yaman tez başlandı!

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azər Qismət

Hövsanın MİDA şəhərciyindəki Bakı Məhkəmə Kompleksində separatçı rejimin rəhbərlərinin məhkəməsi keçirilir. Həmin əraziyə yaxın yaşadığımdan hər gün eyvandan ora toplanan zərərçəkənləri görürəm. Yaşlı kişilər, ağbirçək qadınlar, gənclər. Eləsi var ki, gözləri görmür, başqası var ki, axsayır. Bu həmin adamlardır ki, ermənilərin zülmündən xilas olublar, bəziləri əsirlikdə min zülmə məruz qalıblar. Gənclərə də baxıram ki, bəlkə də uşaq vaxtı onları qarlı-sazaqlı yollarla qaçırıb xilas ediblər. Və hər gün yeni-yeni simalar görürəm. Bir gözləri gülür ki, torpaqlar işğaldan azad olunub, digər gözləri isə həmin zülmlərin psixoloji sarsıntısından nurunu itirib. 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Həmin danışıqlardan sonra Azərbaycanda sanki bəzilərinin çiçəklərinin tumurcuğu çırtlamağa başlayıb. Elə o dediyimiz bəziləri sözlərdə erməniləri qonaq çağırırlar, süfrə açırlar, xalqın qonaqpərvərliyini nümayiş etdirib sonuncu yorğan-döşəyi dünənə qədər düşmən olduğumuz erməninin altına sərirlər, kiçik oğullara kirvə tuturlar. Ah, yazıq Vətən, zavallı xalq. Sənin bundan sonra görəcəkli günlərin var. Elə bilirsən ki, elə torpaqların işğaldan azad olundu, vəssalam? Sənin elə ziyalıların var ki, erməni təhlükəsinin qarşısını indidən almaq əvəzinə, artıq dostluq-qardaşlıqdan danışırlar. Tarixən də məlumdur ki, erməni xislətinin əsas konsepsiyasını hiyləgərliklə cəmiyyətə daxil olması tutur. Harada çoxalırlarsa, oranı özlərinə vətən elan edirlər. Elə hiyləgərliklə yoğrulmuş həmin konsepsiyanın gerçəkləşməsi üçün Azərbaycanın bəzi ziyalılarının unutqanlığı necə də sərf edir. Əsl çim yağdır.

Foto: Separatçı rejimin rəhbərləri Bakıda məhkəmədə

Prezident İlham Əliyev dəfələrlə gənclərə tövsiyə edir ki, tarixi unutmayın, baş verən zülmləri daim xatırlayın. Düşünürdüm ki, gənclər bunu unutmaz. Çünki ziyalılarımız heç vaxt sərvaxtlığını itirməyəcək, müharibə, işğal zamanı qaçqın-köçkünün zilləti barədə əsərlər yazacaqlar, filmlər çəkib tamaşalar hazırlayacaqlar. Amma sən saydığını say... Artıq təəssüf ki, indidən bəzi sözbilənlərimiz qardaş-qardaş oyunu başlayıb. Əgər xalqın bəzi ziyalıları indidən başlayırsa, onda gənclərdən hansı tarixi unutmamağı tələb edəsən?!

Ziyalı o şəxslərə demirlər ki, əsər yazır, film çəkir. Ziyalı həm də odur ki, xalqın taleyində baş verənləri analiz edir, onun bir də baş verməməsi üçün konsepsiya hazırlayır. Torpaqlar işğaldan azad ediləndən sonra gözləyirsən ki, millətin ziyalı adlandırılan kateqoriyası gələcəkdə bu faciənin baş verməməsi üçün birlikdə konsepsiya hazırlayıb hökumətə təqdim edəcək, bunlar indidən qardaş-qardaş oyununa başlayıblar. Özü də bunu o adamlar edir ki, birbaşa erməni xislətinə bələddirlər və həmin yerdə doğulublar.

Prezident çalışır ki, Ermənistan Konstitusiyasından Azərbaycan torpaqlarına iddia bəndini çıxartdırsın ki, gələcəkdə yenə ərazi iddiaları irəli sürməsinlər, lakin ölkənin sözbilənləri nəyə görəsə yaxın tarixi unudurlar. 1905-ci ildə Ömər Faiq Nemanzadə gələcək nəsillərə tövsiyə edirdi ki, ermənilərlə həmişə ehtiyatlı olmaq lazımdır. Özü vəfat etsə də, sağlığında məsləhət verib gələcək nəslə həyəcan təbili çalırdı. Bu, 20-ci əsrin əvvəlinin ziyalısının məsləhəti, bu da 21-ci əsrin ziyalılarının indidən başladıqları qardaşlıq oyunları. Hələ gediş-gəliş yoxdur, hələ dövlət səviyyəsində iqtisadi layihələr reallaşmayıb, ziyalılarımız indidən virtual sürətdə kirvə tuturlar.

Gələcəkdə baş verəcək qorxu indidən görünür. 30 ildən yuxarı torpaq həsrəti ilə yaşa, işğaldan azad et, yenə erməniləri süfrənin arxasına çağır. Nəticəsi nə olacaq? Belə görünür ki, erməni iştaha gətirilir ki, yarımçıq qoyduğun işi davam et. Əgər indidən belə başlanıbsa, onda çətin ki, gələcək təhlükəsizliyə qarant olsun.

Ermənilərlə indidən başlayan qardaşlıq oyunlarını düşüncə tərzi göz hədəqəsindən kənara çıxa bilməyən sadə adamlar başlasa, haradasa tənbeh edərsən ki, otursun yerində. Bu cicilik oyunlarını elə adamlar dilinə alıb danışır ki... Düşünürsən ki, doğrudanmı bunu o dedi?! 

Sabiq təhsil naziri Misir Mərdanov Nikol Paşinyanın qohumlarını yaxşı insan kimi tanımasından danışır. Ola bilər ki, qohumlarını tanımısınız, gediş-gəliş olub, anladıq. Axı bunu necə danışırsınız? Ümumiyyətlə, hər sözü danışarlarmı? Axı siz bilirsiniz ki, həssas mövzudan danışmazdan əvvəl yüz ölçüb, bir biçməlisiz. Hər adam öz xatirələrini danışsa, ya bildiklərini desə, necə olar. Axı siz bazar alverçisi deyilsiz, hər sözdən çıxan nəticənin hansı effekt doğuracağını əvvəldən duymalısız. Yaxşı, tutaq ki, Paşinyanın qohumları yaxşı adamdır. Bax, bunu niyə dediniz? Hansı effekt doğurdu? O effekt doğurdu ki, Paşinyanın timsalında ermənilərə azacıq da olsa, rəğbət yarandı. Kos-kocaman şəxs olan adam bu məqamda belə müsahibəni niyə verib anlamırsan.

Yaxud, götürək sabiq xarici işlər naziri Elmar Məmmədyarovu. Ermənistanda səfir olmaq istəyir. Niyə indidən belə düşüncəyə qapılıb, başa düşmürsən. İş yerində tapılmayan, mühüm müşavirəyə qoşulmayan, adı şimal ölkənin adamı olmaqda hallandırılan bu insan indidən özünü səfir görür. Doğrudanmı, elə düşünür ki, tarixən başımıza oyun açmış bir ölkəyə Azərbaycan dilini düz-əməlli bilməyən, xalqın qan yaddaşını unudan adamı səfir göndərəcəyik? Hansı xəyala qapılıbsa, hələ də ayıla bilmir ki, indi Azərbaycanın xarici siyasət kursu ölkənin əsrlərlə bundan sonrakı təhlükəsizliyinə hesablanıb.

Aqil Abbas Ermənistan-Azərbaycan futbol matçını görmək istəyir, bir jurnalistimiz də Ermənistana məktub ünvanlayıb gözləyir ki, sülh günəşi doğacaq. Evində şəhid qəbul edənlər, erməni vəhşiliyindən zərər çəkənlər inciyir. Nəinki onlar, xalqın düşünən başları inciyir. Biz ölüb gedəcəyik. Amma gələcək nəsli “günəşli sabahlar” sözləri ilə odun içinə atırıq axı. Özü də üstündən onilliklər keçmədən.
Ehhh, yaman tez başlandı.

Sənin bir gecənin içində 600-dən çox adamını işgəncə ilə qətlə yetirsinlər, Quqarkda 70-dən çox uşağını boruya salıb ağzını qaynaq edib diri-diri öldürsünlər, 4 mindən çox insanın taleyi müəmmalı qala, əsirləri donuz fermalarında saxlaya-saxlaya dondursunlar, elə orada da torpağa quylasınlar, qız-gəlinlərin namuslarını qorumaq üçün özlərini qayalardan atsınlar, narko sahələrdə soyundurulub qaçırılsınlar, qaçqınların qaynar vaqonlarda vətən deyə-deyə dünyalarını dəyişsinlər, hələ bismillah edilməmiş baş verənlər unutdurulmağa çalışılsın. Səd heyif. (Qafqazinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Avqust 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri