Icma.az
close
up
RU
Erməniləri indidən kirvə tutanlar...

Erməniləri indidən kirvə tutanlar...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hövsanın MİDA şəhərciyindəki Bakı Məhkəmə Kompleksində separatçı rejimin rəhbərlərinin məhkəməsi keçirilir. Həmin əraziyə yaxın yaşadığımdan hər gün eyvandan ora toplanan zərərçəkənləri görürəm. Yaşlı kişilər, ağbirçək qadınlar, gənclər. Eləsi var ki, gözləri görmür, başqası var ki, axsayır. Bu həmin adamlardır ki, ermənilərin zülmündən xilas olublar, bəziləri əsirlikdə min zülmə məruz qalıblar. Gənclərə də baxıram ki, bəlkə də uşaq vaxtı onları qarlı-sazaqlı yollarla qaçırıb xilas ediblər. Və hər gün yeni-yeni simalar görürəm. Bir gözləri gülür ki, torpaqlar işğaldan azad olunub, digər gözləri isə həmin zülmlərin psixoloji sarsıntısından nurunu itirib. 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Həmin danışıqlardan sonra Azərbaycanda sanki bəzilərinin çiçəklərinin tumurcuğu çırtlamağa başlayıb. Elə o dediyimiz bəziləri sözlərdə erməniləri qonaq çağırırlar, süfrə açırlar, xalqın qonaqpərvərliyini nümayiş etdirib sonuncu yorğan-döşəyi dünənə qədər düşmən olduğumuz erməninin altına sərirlər, kiçik oğullara kirvə tuturlar. Ah, yazıq Vətən, zavallı xalq. Sənin bundan sonra görəcəkli günlərin var. Elə bilirsən ki, elə torpaqların işğaldan azad olundu, vəssalam? Sənin elə ziyalıların var ki, erməni təhlükəsinin qarşısını indidən almaq əvəzinə, artıq dostluq-qardaşlıqdan danışırlar. Tarixən də məlumdur ki, erməni xislətinin əsas konsepsiyasını hiyləgərliklə cəmiyyətə daxil olması tutur. Harada çoxalırlarsa, oranı özlərinə vətən elan edirlər. Elə hiyləgərliklə yoğrulmuş həmin konsepsiyanın gerçəkləşməsi üçün Azərbaycanın bəzi ziyalılarının unutqanlığı necə də sərf edir. Əsl çim yağdır.

Foto: Separatçı rejimin rəhbərləri Bakıda məhkəmədə

Prezident İlham Əliyev dəfələrlə gənclərə tövsiyə edir ki, tarixi unutmayın, baş verən zülmləri daim xatırlayın. Düşünürdüm ki, gənclər bunu unutmaz. Çünki ziyalılarımız heç vaxt sərvaxtlığını itirməyəcək, müharibə, işğal zamanı qaçqın-köçkünün zilləti barədə əsərlər yazacaqlar, filmlər çəkib tamaşalar hazırlayacaqlar. Amma sən saydığını say... Artıq təəssüf ki, indidən bəzi sözbilənlərimiz qardaş-qardaş oyunu başlayıb. Əgər xalqın bəzi ziyalıları indidən başlayırsa, onda gənclərdən hansı tarixi unutmamağı tələb edəsən?!

Ziyalı o şəxslərə demirlər ki, əsər yazır, film çəkir. Ziyalı həm də odur ki, xalqın taleyində baş verənləri analiz edir, onun bir də baş verməməsi üçün konsepsiya hazırlayır. Torpaqlar işğaldan azad ediləndən sonra gözləyirsən ki, millətin ziyalı adlandırılan kateqoriyası gələcəkdə bu faciənin baş verməməsi üçün birlikdə konsepsiya hazırlayıb hökumətə təqdim edəcək, bunlar indidən qardaş-qardaş oyununa başlayıblar. Özü də bunu o adamlar edir ki, birbaşa erməni xislətinə bələddirlər və həmin yerdə doğulublar. 

Prezident çalışır ki, Ermənistan Konstitutsiyasından Azərbaycan torpaqlarına iddia bəndini çıxartdırsın ki, gələcəkdə yenə ərazi iddiaları irəli sürməsinlər, lakin ölkənin sözbilənləri nəyə görəsə yaxın tarixi unudurlar. 1905-ci ildə Ömər Faiq Nemanzadə gələcək nəsillərə tövsiyə edirdi ki, ermənilərlə həmişə ehtiyatlı olmaq lazımdır. Özü vəfat etsə də, sağlığında məsləhət verib gələcək nəslə həyəcan təbili çalırdı. Bu, 20-ci əsrin əvvəlinin ziyalısının məsləhəti, bu da 21-ci əsrin ziyalılarının indidən başladıqları qardaşlıq oyunları. Hələ gediş-gəliş yoxdur, hələ dövlət səviyyəsində iqtisadi layihələr reallaşmayıb, ziyalılarımız indidən virtual sürətdə kirvə tuturlar.

Gələcəkdə baş verəcək qorxu indidən görünür. 30 ildən yuxarı torpaq həsrəti ilə yaşa, işğaldan azad et, yenə erməniləri süfrənin arxasına çağır. Nəticəsi nə olacaq? Belə görünür ki, erməni iştaha gətirilir ki, yarımçıq qoyduğun işi davam et. Əgər indidən belə başlanıbsa, onda çətin ki, gələcək təhlükəsizliyə qarant olsun.

Ermənilərlə indidən başlayan qardaşlıq oyunlarını düşüncə tərzi göz hədəqəsindən kənara çıxa bilməyən sadə adamlar başlasa, haradasa tənbeh edərsən ki, otursun yerində. Bu cicilik oyunlarını elə adamlar dilinə alıb danışır ki... Düşünürsən ki, doğrudanmı bunu o dedi?! Sabiq təhsil naziri Misir Mərdanov Nikol Paşinyanın qohumlarını yaxşı insan kimi tanımasından danışır. Ola bilər ki, qohumlarını tanımısınız, gediş-gəliş olub, anladıq. Axı bunu necə danışırsınız? Ümumiyyətlə, hər sözü danışarlarmı? Axı siz bilirsiniz ki, həssas mövzudan danışmazdan əvvəl yüz ölçüb, bir biçməlisiz. Hər adam öz xatirələrini danışsa, ya bildiklərini desə, necə olar. Axı siz bazar alverçisi deyilsiz, hər sözdən çıxan nəticənin hansı effekt doğuracağını əvvəldən duymalısız. Yaxşı, tutaq ki, Paşinyanın qohumları yaxşı adamdır. Bax, bunu niyə dediniz? Hansı effekt doğurdu? O effekt doğurdu ki, Paşinyanın timsalında ermənilərə azacıq da olsa, rəğbət yarandı. Kos-kocaman şəxs olan adam bu məqamda belə müsahibəni niyə verib anlamırsan.

Yaxud, götürək sabiq xarici işlər naziri Elmar Məmmədyarovu. Ermənistanda səfir olmaq istəyir. Niyə indidən belə düşüncəyə qapılıb, başa düşmürsən. İş yerində tapılmayan, mühüm müşavirəyə qoşulmayan, adı şimal ölkənin adamı olmaqda hallandırılan bu insan indidən özünü səfir görür. Doğrudanmı, elə düşünür ki, tarixən başımıza oyun açmış bir ölkəyə Azərbaycan dilini düz-əməlli bilməyən, xalqın qan yaddaşını unudan adamı səfir göndərəcəyik? Hansı xəyala qapılıbsa, hələ də ayıla bilmir ki, indi Azərbaycanın xarici siyasət kursu ölkənin əsrlərlə bundan sonrakı təhlükəsizliyinə hesablanıb.

Aqil Abbas Ermənistan-Azərbaycan futbol matçını görmək istəyir, bir jurnalistimiz də Ermənistana məktub ünvanlayıb gözləyir ki, sülh günəşi doğacaq. Evində şəhid qəbul edənlər, erməni vəhşiliyindən zərər çəkənlər inciyir. Nəinki onlar, xalqın düşünən başları inciyir. Biz ölüb gedəcəyik. Amma gələcək nəsli “günəşli sabahlar” sözləri ilə odun içinə atırıq axı. Özü də üstündən onilliklər keçmədən. 
Ehhh, yaman tez başlandı.

Zavallı xalq. Sənin bir gecənin içində 600-dən çox adamını işgəncə ilə qətlə yetirsinlər, Quqarkda 70-dən çox uşağını boruya salıb ağzını qaynaq edib diri-diri öldürsünlər, 4 mindən çox insanın taleyi müəmmalı qala, əsirləri donuz fermalarında saxlaya-saxlaya dondursunlar, elə orada da torpağa quylasınlar, qız-gəlinlərin namuslarını qorumaq üçün özlərini qayalardan atsınlar, narko sahələrdə soyundurulub qaçırılsınlar, qaçqınların qaynar vaqonlarda vətən deyə-deyə dünyalarını dəyişsinlər, hələ bismillah edilməmiş baş verənlər unutdurulmağa çalışılsın. Səd heyif.

Azər Qismət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see191

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see191

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see184

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see183

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see178

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see173

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see165

VƏTƏN SEVDALISI NƏSİR BƏY

13 İyun 2026 19:30see162

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see158

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see154

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see154

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see153

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see153

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see151

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see149

Sumqayıtda gənc cüdoçuların mübarizəsi başa çatıb FOTO

13 İyun 2026 18:15see149

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see148

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see148

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see147

Müstəqillik Günündən Uşaqlar Gününə: Şəhid və qazi övladları üçün PsixoTur proqramlarına start verilib

13 İyun 2026 20:46see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri