Icma.az
close
up
RU
Leyen BMTnin iqlim dəyişikliyi məsələlərinə qarşı çıxır

Leyen BMTnin iqlim dəyişikliyi məsələlərinə qarşı çıxır

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcək. Bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb. O bildirib ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq.

Leyenin bu mövqeyinə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə deyib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin COP29-a gəlib-gəlməməsi nə COP29-un əhəmiyyətini azaldacaq, nə də Azərbaycanda bir narahatlıq doğuracaq. Məsələ ondadır ki, COP29 BMT-nin Qlobal İqlim Dəyişikliyi ilə bağlı irəli sürdüyü məqsədlərin realizə olunması ilə bağlı keçirilən bir tədbirdir.

Deputat bildirib ki, Ursula fon der Leyen əgər Avropa Komissiyasının sədri kimi COP29-a gəlmirsə demək ki, bəşəriyyəti narahat edən qlobal bir problemə laqeydlik nümayiş etdirmiş olur: “Birincisi, Azərbaycan sadəcə bu tədbiri keçirən bir məkandır. İkincisi isə, biz xatırlayırıq Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ursula xanım necə Azərbaycana gəldi və enerji təhlükəsizliyi məsələsi ilə bağlı Azərbaycanla əməkdaşlıq etmək nümunəsini ortaya qoydu. Bu iki müqayisədə bir məsələ - avropalıların dünyada baş verən hadisələrə selektiv, öz çıxarlarından, öz eqoist maraqlarından yanaşması məsələsi ortaya çıxır. Avropalılara enerji lazım olanda Bakıya gəlmək olar, amma qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlər müzakirə olunanda Bakıya gəlmək olmaz. Biz bəzən deyirik avropalıların ikiüzlü siyasəti, mənə elə gəlir ki, bu da həmin o ikiüzlü siyasətlərindən biridir”.

“Avropa İttifaqının qərəzli münasibəti ortadadır”

Milli Məclisin deputatı Elşad Musayevin fikrincə, Avropa İttifaqının, onun tərkibinə daxil olan ölkələrin qərəzli münasibəti ortadadır.

Deputat əlavə edib ki, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə Ursula fon der Leyenin mövqeyi tamam fərqli idi: “Amma Ermənistan-Azərbaycan məsələsinə yanaşanda bunların hamısının tamam fərqli mövqeləri ortaya çıxır. Əslinə baxanda Avropa üçün daha cazibədar ölkə Azərbaycandır. Azərbaycan Avropanın, Rusiyanın enerji resursları asılılığından qurtulması üçün böyük töhfə verir. Lakin xristian təəssübkeşliyi, türklərə, müsəlmanlara qarşı gözügötürməzlik bütün bunlar onlara məsələlərə obyektiv yanaşmağa imkan vermir. Ursula fon der Leyen COP29-da iştirak etmirsə, heç nə dəyişməyəcək, COP29 Azərbaycanda yüksək səviyyədə keçiriləcək”.

“Avropa İttifaqı məsuliyyətdən yayınır”

“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıda keçiriləcək COP29 konfransına qatılmaması ilə bağlı yayılan məlumatlar Avropa İttifaqının iqlim dəyişikliyi məsələlərində yalnız sözdə bəyanat vermək, ancaq faktiki işə, əmələ gələndə isə öz yaxasını qırağa çəkərək məsuliyyətdən yayınmaq istədiyini bir daha ortaya qoydu”. Bu sözləri isəMilli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.

O əlavə edib ki, Azərbaycana gəlməmək, COP29-da iştirak etməmək məlumatları onu göstərir ki, Avropa İttifaqının rəsmiləri BMT-nin dünya üzrə ən mötəbər iqlim dəyişikliyi konfransını “iqnor” edirlər: “Onlar bu konfransda iştirakdan imtina etməklə məhz BMT-nin iqlim dəyişikliyi məsələlərinə qarşı çıxmış olurlar. Çünki bu konfrans BMT-nin dünya üzrə mötəbər tədbiridir. Bu tədbirin Azərbaycanda keçirilməsi isə Azərbaycana dünya ictimaiyyətinin verdiyi dəyərin, Azərbaycan siyasətinə verilən qiymətin göstəricisidir”.

“Avropa təsisatları siyasəti “kirləndirir””

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, COP29 ərəfəsində Avropa təsisatları əllərində “soyuq” və “isti” mexanizmlər olmaqla Azərbaycanı divara daha çox necə sıxışdırmağın yolları üzərində baş sındırırlar. Başını bu dəfə başlara qatan zənan xəylağı Ursula fon der Leyendir.

Politoloq bildirib ki, COP29-da iştirak edə bilməyəcəyinin bəhanəsi isə o müddətdə Avropa Komissiyasının rəhbərinin öz institusional öhdəlikləri ilə məşğul olacağı nağılıdır: “Yəqin, hörmətli həmcinsim yerinə yetirilməyən öhdəliklərdən danışır. Ona görə ki, məsələn, bircə faktı deyim. Avropa Komissiyasının Avropanın bərabərlik öhdəliyinə riayət etmək siyasətinə baxmayaraq Komissarlar Kollecinin yeni tərkibində təkcə gender balansı deyil, heç etnik müxtəliflik də gözə dəymədi. Elə bu məqamda və indi onu da deyim ki, havanın çirklənmə səviyyəsini azalda bilməyən Avropa təsisatları siyasəti “kirləndirir”. Bir tərəfdən enerjiyə ehtiyac duyurlar, digər tərəfdən Avropanın maliyyə institutları sözügedən məsələyə maliyyə ayırmırlar. Əcəb işdir vallah, altda qalanın canı çıxsın. Ayaqlar altına sərilən Ukrayna bəs eləmir bunlara”.

Ş.Həsənova vurğulayıb ki, göz çıxardan daha bir əcəb işləri ümumi evimizi ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözləyirik, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir: “Müxtəlif tədqiqat sorğularının nəticələri göstərir ki, Avropa əhalisi havanın çirklənməsinin qeyri-sağlam səviyyələri ilə yaşayır. Əhalinin əksəriyyəti hələ də çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstərişlərindən artıq olduğu ərazilərdə yaşayır. Yəni çirklənmə hələ də ÜST standartlarını üstələyir. Elə bil ki, iqlim dəyişikliyi həmçinin ozon səviyyələrinə töhfə verən meşə yanğınları ehtimalını artırır. Zərif cinslərin güclü olduğu həqiqətini özünə missiya edən hörmətli həmcinsim COP29-a qatılmayacağını bəyan etməklə əslində onu nümayiş etdirir ki, nə beynəlxalq ictimai rəy, nə qlobal problemlər, nə iqlim dəyişikliyi kimi insanlığı fəlakətə düçar edəcək həssas bir məsələ onun kövrək ürəyinin simlərinə toxunur, rəhbərlik etdiyi təsisatı isə maraqlandırmır”.

Politoloq sonda qeyd edib ki, bu, faktiki məsuliyyətdən boyun qaçırmaqdır.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2024 03:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri