Icma.az
close
up
RU
Leyla Əliyeva bəbirlərin mühafizəsindən danışdı

Leyla Əliyeva bəbirlərin mühafizəsindən danışdı

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələri təşkil olunub.

Sitat.info xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.

IDEA tərəfindən icra olunmuş çoxsaylı fəaliyyətlər, o cümlədən ETSN və WWF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Azərbaycanda bəbirlərin populyasiyasının bərpası” layihəsinin bəbirlərin ölkəmizdə sayının artırılmasına verdiyi töhfə barədə layihə iştirakçılarına ətraflı məlumat verilib. Leyla Əliyeva diqqətə çatdırıb ki, 2014-cü ildə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti Cənubi Qafqaz bölgəsində ekoloji tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqətin artırılmasını təmin edib. IDEA İB-nin təsisçisi və rəhbəri vurğulayıb ki, atılan addımların sayəsində ötən illər ərzində Azərbaycan ərazisində 23 bəbir fərdinə rast gəlinib.

Çıxışının sonunda Leyla Əliyeva bəbirlərin səmərəli mühafizəsini təmin etmək məqsədilə qlobal səyləri daha da möhkəmləndirməyə çağırıb.

Daha sonra WWF-in Avropa və Şimali Afrika üzrə regional direktoru Ajay Barai, təşkilatın Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, WWF-in Almaniya ofisinin direktoru Aurel Heidelberg, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının pişikkimilər üzrə eksperti Tatjana Rosen və “Ecocorridors Fund for the Caucasus” təşkilatının nümayəndəsi Jernej Stritih çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Noyabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri