Icma.az
close
up
RU
Leyla Əliyeva bəbirlərin mühafizəsindən danışdı

Leyla Əliyeva bəbirlərin mühafizəsindən danışdı

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələri təşkil olunub.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.

IDEA tərəfindən icra olunmuş çoxsaylı fəaliyyətlər, o cümlədən ETSN və WWF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Azərbaycanda bəbirlərin populyasiyasının bərpası” layihəsinin bəbirlərin ölkəmizdə sayının artırılmasına verdiyi töhfə barədə layihə iştirakçılarına ətraflı məlumat verilib. Leyla Əliyeva diqqətə çatdırıb ki, 2014-cü ildə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti Cənubi Qafqaz bölgəsində ekoloji tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqətin artırılmasını təmin edib. IDEA İB-nin təsisçisi və rəhbəri vurğulayıb ki, atılan addımların sayəsində ötən illər ərzində Azərbaycan ərazisində 23 bəbir fərdinə rast gəlinib.

Çıxışının sonunda Leyla Əliyeva bəbirlərin səmərəli mühafizəsini təmin etmək məqsədilə qlobal səyləri daha da möhkəmləndirməyə çağırıb.

Daha sonra WWF-in Avropa və Şimali Afrika üzrə regional direktoru Ajay Barai, təşkilatın Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, WWF-in Almaniya ofisinin direktoru Aurel Heidelberg, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının pişikkimilər üzrə eksperti Tatjana Rosen və “Ecocorridors Fund for the Caucasus” təşkilatının nümayəndəsi Jernej Stritih çıxış ediblər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri