Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub
Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.
Leyla Əliyeva tərəfindən hər iki tibbi müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.
Baxış sayı:77
Mənbə:https://moderator.az
elmi tədqiqat
leyla əliyeva
fondunun vitse
heydər əliyev
əliyev fondunun
adına elmi
alan uşaqların
avadanlıqlar hədiyyə
burada müalicə
cihazları küvəzlər
digər müasir
doğum evi
evi ziyarət
ginekologiya nstitutunu