Icma.az
close
up
RU
Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi

Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Noyabrın 21-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) əməkdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı" mövzusunda panel müzakirələri təşkil olunub.

Oxu.Az-ın məlumatına görə, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqları salamlayaraq nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistem və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır. Daha sonra Cənubi Qafqazın zəngin təbiəti və bura xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləri barədə tədbir iştirakçılarına məlumat verilib.

IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunmuş fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas olan unikal heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın "Böyük Beşliyi" layihəsini qeyd edib. Bildirilib ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.

Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.

BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbir çərçivəsində çıxış edən BTMİ-nin baş direktoru Qretel Agilar, "Conservation International" təşkilatının meşə strategiyası üzrə baş direktoru Ceyson Fank və "Birdlife International" təşkilatının baş meneceri Keti İton Li BTMİ Qırmızı Siyahısında adlarının qeyd olunduğu canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyin birgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasının əhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları ilə bölüşüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri