Icma.az
close
up
RU
Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib FOTO

Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı), ADA Universiteti, IDEA İB, "Caspian İntegrated Scientific Network" (CASPISNET), ABŞ-In Kaliforniya Universiteti (UCLA) və BMT-nin Ətraf Mühit Proqramı (ƏMP) tərəfindən birgə təşkil olunan "Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması" mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib.

Milli.Az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin əhəmiyyətini vurğulayıb. Dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizdən çoxunu təşkil edən Xəzər dənizinin malik olduğu zəngin ekosistem barədə tədbir iştirakçılarına məlumat verilib. Leyla Əliyeva Xəzər dənizində yaşanan problemlərin bir sıra canlıların, o cümlədən suitilər, nərə və qızılbalıqların populyasiyasına təsir etdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA İctimai Birliyi tərəfindən icra olunan müvafiq fəaliyyətlər, o cümlədən "Zəngin hövzələr", "Bir damcı" layihələri və "Blue Marine Foundation" təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub. Qeyd olunub ki, 2011-ci ildən etibarən 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. Ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu vurğulayan Leyla Əliyeva Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində çalışacaq gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.

Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin unikal ekoloji sisteminin qorunması naminə monitorinq və davamlı təhlillərin aparılmasının vacibliyini qeyd edərək beynəlxalq ekspertlər və tədqiqat mərkəzlərinin nümayəndələrini birgə layihə və təşəbbüslərlə çıxış etməyə çağırıb.

Dəyirmi masa çərçivəsində, həmçinin Bakı Limanını nBaş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, BMT ƏMP-nin "GRID-Geneva" proqramının rəhbəri Paskal Peduzzi, UCLA Universiteti Ətraf Mühit və Dayanıqlılıq İnstitutunun professoru, "CTrees" layihəsinin rəhbəri Sassan Saatchi, Bakı Limanının eksperti və CASPISNET-in koordinatoru Elnur Səfərov, Nazarbayev Universitetinin professoru Emil Bayramov və Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun professoru Andrey Kostyanoy tərəfindən müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.

Sonda Xəzər dənizində müşahidə olunan hərtərəfli problemlərin öyrənilməsi və onların mümkün həll yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə Xəzər İqlim və Dayanıqlılıq Mərkəzinin yaradılması elan edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri