Icma.az
close
up
RU
“VMR Medical Center”də Gülsüm Əliyeva saxta həkimlik edir?Ölüm hadisəsi…. Yeni Gündəm

“VMR Medical Center”də Gülsüm Əliyeva saxta həkimlik edir?Ölüm hadisəsi…. Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramovanın liposaksiya əməliyyatı etdirdikdən sonra ölməsinin bəzi detalları üzə çıxıb. “Yeni Gundem” APA TV-yə istinadla xəbər verir ki, əməliyyat “VMR Medical Center” MMC-nin Gəncə filialında həyata keçirilib.

Əməliyyatı klinikanın Gəncə filialında fəaliyyət göstərən Gülsüm Əliyeva adlı qadının etməsi barədə məlumatlar yayılıb.

Klinika rəhbərliyi açıqlama verərək G.Bayramovaya klinikada gözəllik proseduru icra olunduğunu təsdiqləyib, lakin liposaksiya və ölüm faktını inkar edib.

G.Əliyevanın isə tibb təhsili olmadan müxtəlif kosmetoloji prosedurlar həyata keçirdiyi bildirilir. Bu deyilənləri sübut edəcək görüntülər də var.

Xəstənin yaxınları isə onun COVID-19-dan öldüyünü iddia edirlər.

Məsələ ilə bağlı Türkiyədə fəaliyyət göstərən Azərbaycan həkimləri onun təhsil aldığı iddia edilən universitetə sorğu göndərib.

Universitetin cavabında bildirilib ki, bu adda məzun yoxdur. Azərbaycanda aparılan yoxlamalarda onun adı tibbi işçilərin rəsmi reyestrində tapılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl “VMR Medical Center”də  qanunsuz həkim işlətməsi barədə məlumatlar getmişdi.

“Yeni Gundem” xəbər verir ki, bu fakt  baş tutan məhkəmə prosesində öz təsdiqini tapıb. Belə ki, “VMR Medical Center”lə bağlı Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Mərkəzin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozduğu məlum olub. Mərkəzə qarşı protokol lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə tətbiq edilib. Bu qayda pozuntusuna əsasən, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, yaxın günlərdə “VMR” Şirkətlər Qrupuna aid mərkəzdə estetik uzman Gülsüm Əliyevanın da qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdu.

Xatırladaq ki, “VMR” Şirkətlər Qrupuna Bakı və Gəncə filialları olan klinikalar daxildir. Qanunsuz işçi çalışdıran “VMR Medical Center”in rəhbəri Vüsal Hüseynovdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 12 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri