Icma.az
close
up
RU
Lider dəyişmədi, “Lion” ardıcıl 10 cu qələbə ilə “Marsel”ə çatdı

Lider dəyişmədi, “Lion” ardıcıl 10 cu qələbə ilə “Marsel”ə çatdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Liqa 1-in 20-ci turunda maraqlı hadisələr baş verdi.

"Football-plus.az" xəbər verir ki, PSJ səfərdə “Strasbur”u çətinliklə məğlub etdi. Meydan sahiblərinin heyətində Paniçelli 20-ci dəqiqədə penaltini boşa verməsəydi, bəlkə də nəticə fərqli ola bilərdi. Yeri gəlmişkən, Hakiminin 75-ci dəqiqədə meydandan qovulması üzündən PSJ oyunu azlıqda başa vurdu. Liderin ən yaxın izləyicisi “Lans” evdə “Havr”ı yeganə qolla məğlub etdi. “Marsel”lə “Lion” hərəyə 39 xalla 3-cü yerə şərikdi. Cənublular “Paris”lə səfər oyununda 2:0 önə çıxsalar da, uzatma dəqiqələrində qələbəni əldən verdilər. “Şirlər” isə bütün turnirlərdəki ardıcıl 10-cu qələbəsini “Lill” üzərində qazandı.
“Monako” evdə “Renn”i darmadağın etməklə turnir vəziyyətini bir qədər yaxşılaşdırdı.
Turun qalan oyunlarına gəlincə, “Loryan” evdə “Nant”a, “Anje” “Mets”ə qalib gəldi. “Nitsa” – “Brest” oyununda qalib müəyyənləşmədi: komandalar hərəyə iki qol vurdu. Oyunun gedişində meydan sahibləri 0:2 geri düşmüşdü. “Tuluza” – “Oser” oyununda qapılara qol vurulmadı.
20-ci tur
Strasbur – PSJ 1:2

Due, 27 – Mayulu, 22. Mendeş, 81. (31324)
PSJ: Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri, Vitinya, Neveş, Mayulu (Dembele, 59), Mbaye (Due, 46), Barkolya (Li Kan İn, 60).
Paris – Marsel 2:2
İkone, 82. Kebbal, 90+4-p. – Qrinvud, 18-p. Obameyanq, 53. (19209)
Marsel: Rulyi, Balerdi, Agerd, Medina, Vea (Murilyo, 80), Höybyerq, Timber (Nadir, 79), Payşao (Vermeren, 79), Qrinvud, Nvaneri (Traore, 67), Obameyanq (Quiri, 67).
Monako – Renn 4:0
Fati, 33. Akliuş, 50. Kulibali, 60. İdumbo, 89. (6000)
Monako: Kön, Teze, Kulibali, Kerer, Uattara, Zakariya (Bamba, 81), Kamara, Dyatta (Vanderson, 72), Qolovin (İdumbo, 81), Fati (Akliuş, 46), Baloqan (Biret, 56).
Lans – Havr 1:0
Agilar, 45+1. (38158)
Loryan – Nant 2:1
Dyenq, 32. Kuassi, 89 – Ablin, 74. (14237)
Lion – Lill 1:0
Narti, 37. (56150)
Anje – Mets 1:0
Muton, 25. (10367)
Nitsa – Brest 2:2
Abdi, 63. Vai, 71 – Del Kastilyo, 15-p. Dumbiya, 23. (18757)
Tuluza – Oser 0:0
(23721)
1. PSJ 20 15 3 2 43-16 48
2. Lans 20 15 1 4 34-16 46
3. Marsel 20 12 3 5 46-22 39
4. Lion 20 12 3 5 33-20 39
5. Lill 20 10 2 8 34-30 32
6. Renn 20 8 7 5 30-31 31
7. Strasbur 20 9 3 8 33-25 30
8. Tuluza 20 8 6 6 31-23 30
9. Loryan 20 7 7 6 27-31 28
10. Monako 20 8 3 9 32-33 27
11. Anje 20 7 5 8 21-25 26
12. Brest 20 6 5 9 26-33 23
13. Nitsa 20 6 4 10 27-38 22
14. Paris 20 5 6 9 26-34 21
15. Havr 20 4 8 8 16-25 20
16. Nant 20 3 5 12 19-36 14
17. Oser 20 3 4 13 14-29 13
18. Mets 20 3 3 14 21-46 12
Bombardirlər: Qrinvud (Marsel) – 13, Paniçelli (Strasbur) - 11, Lepol (Renn) – 9.
Növbəti turun oyunları fevralın 6-8-i aralığında keçiriləcək: Anje – Tuluza, Brest – Loryan, Havr – Strasbur, Lans – Renn, Mets – Lill, Nant – Lion, Nitsa – Monako, Oser – Paris, PSJ – Marsel.
Turun rəqəmi
60 – PSJ-nin çempionatda qırmızı vərəqə görmədiyi oyunlar seriyası bu həddə dayandı. Bu seriyanın əsası 2024-cü ilin martında – Lukas Beraldo “Marsel”lə oyunda meydandan qovulandan sonra qoyulmuşdu. 60 qırçızı vərəqəsiz oyun elitada 2-ci belə seriyadı. “Oser” 2010un martından 2011-in dekabrına qədər 65 oyunda “qırmızı” ilə cəzalanmayıb.
Turun ulduzu
Matvey Safonov (PSJ) – oyunsonrası penalti seriyası da nəzərə alınmaqla cari mövsümdə qapısına təyin olunan 7 belə zərbədən 5-ni dəf edib. “Böyük beşlik” ölkələrində heç bir qapıçı belə nəticə ilə öyünə bilməz.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Karyeram boyunca penalti zərbələrini qaytarmaq bacarığına malik olan qapıçılar görmüşəm. Matvey bu planda ən yaxşısıdı, oyunçunun qapının hansı tərəfinə zərbə vuracağını öncədən müəyyənləşdirə bilir. Bu, çox vacib keyfiyyətdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Fevral 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri