Icma.az
close
up
RU
Liderin quruculuq kursu

Liderin quruculuq kursu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

X məqalə

Böhran dönəmində ən cəsarətli kurs, adətən, ən təhlükəsizi olur.

Henri Kissincer

Regional liderlikdə quruculuğun özəllikləri

Liderlik milli miqyasın sərhədlərini aşanda xarakteri, məzmunu və qarşısına qoyduğu vəzifələri dəyişir. Çünki artıq regionda, yəni bir neçə dövlətin qarşılıqlı əlaqələrinin mövcud olduğu məkanda sırf dövlət başçısı kimi fəaliyyət yetərli olmur. Region dövlətləri arasında münasibətlər sahəsində liderin funksiyaları daha da genişlənir. Bu baxımdan liderin fəaliyyətini regional miqyasda iki aspektə ayırmaq olar. Birincisi, lider konkret dövləti təmsil edən rəhbər kimi regional miqyasda fəaliyyət göstərir. İkincisi, lider konkret dövlətin rəhbəri kimi onu regional təşkilatda təmsil edir.

Quruculuq kontekstində bu iki aspektdən hansının həlledici olduğunu birmənalı müəyyən etmək çətindir. Çünki dövlət başçısı ölkəsinin lideri kimi milli ilə yanaşı, regional miqyasda dövləti uğura aparmalıdır. Deməli, realpolitikada hər iki funksiya vəhdətdə olmalıdır. 

Lakin məsələ onunla əlaqəlidir ki, milli miqyasdakı fəaliyyətlə regional miqyasdakı fəaliyyət həmişə müəyyən nisbətdə olmalıdır. Bu halda yekun nəticə müsbət ola bilər. Nəzəri olaraq bəlkə də bu məqamın ümumi formulunu tapmaq olar. Lakin praktikada vəziyyət fərqlidir. Çünki geosiyasi, siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və s. şərtlər gözlənilmədən elə dəyişə bilər ki, bir an öncə keçərli olan fəaliyyət nəticəvericilik baxımından yeni situasiyada yararsız olar. Buna nümunə kimi kifayət qədər fakt mövcuddur. 

Məsələn, Cənubi Qafqazda Rusiyanın hökmranlıq etdiyi dönəmdə uğur gətirən yanaşma və üsullar sonradan regiona təsiri daha çox olan qüvvənin fəaliyyəti nəticəsində nəinki fayda vermədi, hətta dövlət üçün ziyanla nəticələndi. Ermənistan və qismən Gürcüstan indi bu vəziyyətdədir. 

Ermənistan Azərbaycanın dinamik və nəticəverici fəaliyyəti ilə yeniləşən regional geosiyasi mühitə çevik və adekvat reaksiya verə bilmədi. Əvvəlcə, o, öncəki dönəmlərdə olduğu kimi, Rusiyanın himayəsinə arxalandı. Bunun fayda vermədiyini hiss edincə eyni köləliklə Qərbə, əsasən Fransaya tərəf döndü. İndi rəsmi İrəvan faktiki olaraq Rusiya ilə Qərb arasında tərəddüd edir. 

Gürcüstan M.Saakaşivili dönəmində əsas olaraq Qərbə arxalandı. Bir neçə il təhlükəsizlik və dövlət quruculuğu baxımından uğurlu da oldu. Lakin regional situasiyanın 2008-ci ildən sürətlə dəyişməsinə rəsmi Tbilisi adekvat reaksiya verə bilmədi. Sonrakı illərdə isə daha böyük yanlışlıqlar etdi. Nəticədə Gürcüstan tarixi baxımdan qısa bir müddətdə bir düşərgədən – Qərbdən asılı vəziyyətə düşdü. 

2020-ci ildən sonra Qərblə Rusiya arasında mübarizə Cənubi Qafqazda geosiyasi vəziyyətə daha gərgin təsir etməyə başlayandan və xüsusilə, Azərbaycanın möhtəşəm hərbi qələbəsindən sonra sürətlə dəyişən regional situasiyaya rəsmi Tbilisi uyğunlaşmağa çalışdı. Ancaq bu dəfə onun qarşısına incik Qərb çıxdı. Bu vəziyyətin yaratdığı paradoksu rəsmi Tbilisi hələ də yaşamaqdadır. 

Deməli, milli miqyasdakı uğurlu liderlikdən sürətlə dəyişən regional miqyasda uğurlu lider olmağa keçid asan deyildir. Məhz bu məqamda siyasi liderin regional təşkilatdakı funksiyasının əhəmiyyəti artır. Regional miqyasda formalaşmış təşkilatda lider elə səviyyədə uğurlu, ədalətli və inamlı olmalıdır ki, öz ölkəsində qazandığı nailiyyətləri dövlətlərarası münasibətlərə transformasiya edə bilsin. Prezident ­İlham Əliyevin regional liderlik fəaliyyətinə məhz bu kontekstdə nəzər salmaq lazımdır. Bunun üçün öncə bir neçə əhəmiyyətli politoloji özəlliyi vurğulamaq gərəkdir. 

Regional liderlik anlayışı

Burada siyasi-nəzəri kontekstdə maraqlı situasiya formalaşır. Belə ki, region dövlətinin başçısı (həm də lideri) təmsil etdiyi ölkədən başqa, regional təşkilatda da liderlik imkanı qazanır. Təşkilatın üzvü kimi ona rəsmi rəhbərlik edə bilər, ayrıca xüsusi fəallıqla regional proseslərə həll-
edici təsir də göstərə bilər. Hər bir konkret geosiyasi şərtlər daxilində lider bu iki funksional aspekti potensial olaraq özündə daşıyır. 

Nümunə kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını, bir vaxtlar fəal olan GUAM-ı və ya indi real fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatını (TDT) göstərə bilərik. Bunun fonunda reallaşacağı halda maraq doğuracaq “3+3” təhlükəsizlik və əməkdaşlıq platformasına da baxmaq olar. Əgər konkret Azərbaycanı nəzərdə tutsaq, ölkəmizin üzv olduğu digər regional miqyaslı təşkilatlara da nəzər salmaq mümkündür. 

Bütün hallarda ümumi prinsip belədir ki, hər hansı regional miqyaslı təşkilatda ölkənin lideri həmin qurumun lideri necə ola bilər? Bunun üçün təmsil etdiyi dövlət də regional lider olmalıdırmı? Ayrıca şəxsiyyət regional lider ola bilərmi? 

Etiraf edək ki, cavabı siyasi baxımdan çətin suallardır. Onu nəzərə almaq gərəkdir ki, realpolitikada müxtəlif ssenarilər ola bilər ki, bunu öncədən proqnozlaşdırmaq mümkün deyil. Gözlənilməzliklər və qeyri-müəyyənliklər liderlikdə quruculuğu da mürəkkəb fenomenə çevirə bilər. 

Lakin konkret Cənubi Qafqaz təcrübəsi artıq vardır. Bu prizmada yuxarıda qoyulan suallara cavab axtaraq. Öncə vurğulamaq gərəkdir ki, Cənubi Qafqazda keçən əsrin 90-cı illərindən regional təsiri olan ziddiyyətli proseslər daha da artmışdır. Ermənistanın Azərbaycana təcavüzü, Gürcüstan – Ermənistan münasibətlərindəki qeyri-müəyyənliklər, keçən əsrin 90-cı illərinin ilk 5 ilində Gürcüstandakı ultramillətçi iqtidarların azərbaycanlılara qarşı haqsız və ədalətsiz davranışları, Rusiya – Gürcüstan münasibətlərində cücərməkdə olan qeyri-müəyyənliklər, İranın regionda separatizmi və başqa arzu olunmayan prosesləri alovlandırmaq cəhdləri, müxtəlif istiqamətlərdən dini radikalizmin regiona təsirinin artması və s. prosesləri olduqca həssas bir mənzərə yaratmışdı. 

Belə bir vəziyyətdə regional miqyasda hansısa təsirli və müsbət nəticə verən addım atmaq çox çətin idi. Hər şeydən öncə isə milli səviyyədə dövləti uğurlu etmək lazım idi. Bəlkə də məhz bu səbəbdən keçən əsrin son onilliyində heç bir böyük güc Cənubi Qafqazda davamlı şəkildə uğur qazana bilmədi. 

Bu, Rusiyanın MDB layihəsinə, Qərbin müxtəlif regional təşkilat yaratmaq istəyinə, İranın situasiyanı bütövlükdə nəzarətə almaq cəhdlərinə, Türkiyənin müəyyən təşkilatlar vasitəsilə regiona həlledici təsir göstərmək istiqamətindəki çalışmalarına aiddir. Avropa İttifaqının bir neçə yardım məqsədli proqramları da regionda qalıcı uğura gətirmədi. Ayrıca, Aİ-nin regional münaqişələri həll etmək və müstəqil dövlətləri demokratik aspektdə inkişaf etdirməklə bağlı atdığı addımlar nəticəsiz qaldı. Bu baxımdan GUAM-a, TRASEKA-ya, Mehriban Qonşuluq, Şərq Tərəfdaşlığı və s. layihələrə bəslənən ümidlərin puç olması situasiyanın mürəkkəbliyini təsdiq edən faktlar kimi qəbul edilə bilər. 

İndi situasiyaya region dövlətlərinin milli inkişaf prizmasından baxmaq olar. O dönəmdə Azərbaycan, Gürcüstan və Ermənistan fərqli inkişaf yolu seçdilər. Regiona yaxın olan Rusiya, İran və Türkiyənin də təsiri arxa planda deyildi. Üstəlik, ABŞ və Aİ-nin maraqları ciddi əhəmiyyət kəsb edirdi. Aydın görünürdü ki, ayrıca götürülmüş müstəqil dövlətin davamlı və qalıcı inkişafı üçün dərin düşünülmüş kurs hazırlamaq lazım idi. Burada, təbii ki, şəxsiyyətin liderliyi olmadan dövlətin liderliyini yaratmaq mümkün deyildi. Çünki dövlət o zaman lider ola bilir ki, ona başçılıq edən liderin xarizması, fəaliyyəti, aldığı nəticələr, qurduğu konsepsiyalar dövləti inkişaf etdirir, onu gücləndirir. 

Deməli, ilk olaraq şəxsi və dövləti liderlik zəruridir. Cənubi Qafqaz təcrübəsi göstərdi ki, bu nümunə ancaq Azərbaycanda davamlı və qalıcı ola bildi. Heydər ­Əliyev elə bir şəxsi liderlik nümunəsi yaratdı ki, zamanın ən çətin sınaqlarından cəmiyyəti və dövləti uğurla çıxarmaq mümkün oldu. 

Eyni nəticəni Ermənistan və Gürcüstan ala bilmədi. Onların hələ ki, belə ümummilli səviyyədə qalıcı uğur əldə edə bilən liderləri yoxdur. Bu səbəbdən, hər iki dövlətin regional liderliyindən danışmaq belə imkansızdır. Bu həqiqətin fonunda Azərbaycan təcrübəsinə baxaq. 

Ulu öndər Heydər Əliyev dövlət quruculuğunda strateji məqsədi güclü, demokratik, hüquqi, sülhsevər müstəqil dövlət yaratmaq kimi müəyyən etdi. Burada “güclü dövlət”in ön plana çıxarılması avtomatik olaraq güclü lider fenomenini proseslərin mərkəzinə gətirir. Yəni güclü dövləti gücsüz lider yarada bilməz! Deməli, müstəqillik mərhələsində Azərbaycan təcrübəsində güclü lider öncədən əsas məqsədlərdən biri olmuşdur. 

Sonrakı addımda güclü liderin hansı keyfiyyətlərə malik olması və fəaliyyətinin əsas istiqamətlərinin müəyyən olunması aktuallaşmalı idi. Praktiki fəaliyyətdə isə liderin gücünün onun quruculuq və xilasedicilik funksiyaları ilə hansı nisbətdə olmasının aktuallığına şübhə yeri qalmır. 

Beləliklə, müstəqilliyin ilk illərində güclü liderlik şəxsi miqyasda özündə xilaskarlıqla quruculuğu sintez edə bilməli idi. Həm də xilasediciliklə quruculuq fərdi deyil, dövləti miqyasda güclü olmağa xidmət etməli idi. Bu, şəxsi quruculuğun dövlətə xidmət etməsinə nail olmaq anlamına gəlir. 1993–2003-cü illərdə Heydər Əliyev bu özəlliyi Azərbaycanın idarə edilməsi sisteminə tam olaraq oturtdu. Quruculuq və xilaskarlığın digər komponentlərlə birgə güclü liderliyin atributları olması təcrübəsi postsovet məkanında Azərbaycan təcrübəsinə məxsusdur. 

Bütün bunlar onu göstərir ki, Azərbaycanda şəxsi liderlik nümunəsi dövlət liderliyinin əsas yaradıcı faktoru kimi keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq (konkret olaraq, 1993-cü ildən) siyasi mühitdə öz layiqli yerini tutmağa başladı. Bu, elə bir prosesə təkan verdi ki, müəyyən müddətdən sonra Azərbaycan liderinin regional miqyasda aparıcı olmasını və sonrakı mərhələdə dövlət kimi regional miqyasda liderliyini təmin etdi. 

İndi şəxsi aspektdə regional liderliyin əlamətlərinə baxa bilərik. Heydər Əliyevə 1993–2003-cü illərdə həm Azərbaycanın, həm də bütövlükdə Qafqazın xilaskarı kimi baxırdılar. Məhz Ulu öndərin fədakar və məharətli fəaliyyəti ilə enerji siyasəti Azərbaycanın sərhədlərini aşaraq, öncə regional və daha sonra interregional miqyasda nəticəverici oldu. 1993–1999-cu illəri xatırlayanlar bilirlər ki, Heydər Əliyev öncə Azərbaycanı və eyni zamanda, regionu bir neçə təxribatlardan xilas edərək quruculuq funksiyasını yüksək səviyyədə yerinə yetirdi. Gürcüstanı dəfələrlə məhv olmaqdan xilas etdi. O dövrdə Gürcüstana rəhbərlik edən Eduard Şevardnadze dəfələrlə Heydər Əliyevə buna görə təşəkkür etmişdir. 

Bundan başqa, Gürcüstanda yaranmış enerji böhranı zamanı Heydər Əliyev lider kimi həmin problemi də həll etmişdir. Bakı – Tbilisi – Ceyhan neft ixrac boru kəmərinin tikintisi və istismarı ilə bağlı müxtəlif dairələrin Gürcüstandan istifadə edərək problemlər yaratmasının qarşısını məhz Heydər Əliyevin xilasedici və qurucu lider kimi davranışı almışdır. 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBu mövzuda digər xəbərlər:
Liderin quruculuq kursu
22 Noyabr 2024 00:53
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri