Icma.az
close
up
RU
Liderlər hərəyə üç qol vurdu

Liderlər hərəyə üç qol vurdu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa çempionatının liderləri sözləşibmiş kimi hərəyə üç qol vurdu. PSJ evdə ortabablardan “Tuluza”nı darmadağın etdi.

Xalını 32-yə çatdıran paytaxt klubu ən yaxın izləyicisi “Monako”dan 6 xal irəlidədi. “Knyazlar” hesabat turunda “Brest”i məğlub etdi. “Marsel” isə “Lans”ın qonağı idi. İlk yarısı qolsuz bitən oyunda bütün qollar 2-ci hissədə vuruldu. Cənublilər 3:1 hesablı inamlı qələbə sayəsində 3-cü pillədəki yerini qorudu.
“Lill” “Marsel”dən cəmi 1 xal geri qalır. “Şimallı itlər” səfərdə “Renn”i bir qolla məğlub etdi. Cümə axşamı “Bəhramov”un yaşıl meydanına çıxacaq “Lion” “Reyms”lə səfər oyununda xal itkisindən qaça bilmədi. “Şirlər” 19 xalla 6-cı pillədə qərarlaşıb.
Turun qalan oyunlarına gəlincə, “Havr” səfərdə “Nant” üzərində vacib qələbə qazandı. “Nitsa” evdə “Strasbur”dan üstün oldu. “Oser” – “Anje”, “Sent-Etyen” – “Monpelye” oyunlarının taleyini bir qol müəyyənləşdirdi ki, onu da meydan sahibləri vurdu.
12-ci tur
PSJ – Tuluza 3:0

Neveş, 35. Beraldo, 84. Vitinya, 90+1. (47000)
PSJ: Safonov, Hakimi, Şkrinyar, Beraldo, Zaqe (Vitinya, 46), Zair-Emeri, Neveş, Dembele (Ruis, 73), Asensio, Barkola (Kolo Muani, 81), Due (Li Kan İn, 60).
Monako – Brest 3:2
Akliuş, 5; 90+1. Qolovin, 24 – Sima, 50. Ajork, 90+6. (5800)
Monako: Mayetski, Vanderson (Sinqo, 80), Salisu, Kerer, Mavissa, Zakariya, Maqassa, Ben Seqir (Teze, 80), Qolovin (Uattara, 90+2), Akliuş, Embolo (İlenihena, 68).
Lans – Marsel 1:3
Füljini, 80 – Ronjye, 49. Enrike, 57. Heybyerq, 89. (38823)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kondoqbia, Qarsiya, Ronjye (Nadir, 78), Heybyerq, Rabyo, Qrinvud (Rou, 81), Mope (Vai, 90+2), Enrike.
Lill – Renn 1:0
Jeqrova, 45. (46019)
Reyms – Lion 1:1
Dyakite, 55 – Şerki, 38. (18500)
Nant – Havr 0:2
Kazimir, 3. Nqura, 74. (26936)
Nitsa – Strasbur 2:1
Bar, 54. Silla, 62-öz qapısına – Bakva, 20. (18389)
Oser – Anje 1:0
Traore, 90+3. (16120)
Sent-Etyen – Monpelye 1:0
Buşuari, 47. (33008)
1. PSJ 12 10 2 0 36-10 32
2. Monako 12 8 2 2 21-10 26
3. Marsel 12 7 2 3 27-16 23
4. Lill 12 6 4 2 19-11 22
5. Nitsa 12 5 5 2 23-12 20
6. Lion 12 5 4 3 19-16 19
7. Oser 12 6 1 5 21-19 19
8. Reyms 12 5 3 4 20-16 18
9. Lans 12 4 5 3 13-12 17
10. Tuluza 12 4 3 5 13-14 15
11. Strasbur 12 3 4 5 21-24 13
12. Brest 12 4 1 7 16-22 13
13. Sent-Etyen 12 4 1 7 11-25 13
14. Havr 12 4 0 8 10-23 12
15. Renn 12 3 2 7 13-19 11
16. Nant 12 2 4 6 14-19 10
17. Anje 12 2 4 6 13-21 10
18. Monpelye 12 2 1 9 11-32 7
Bombardirlər: Barkola (PSJ) – 10, Qrinvud (Marsel) - 8, Devid (Lill) – 7.
Turun rəqəmi
1 – payızda “Monako” ilə müqaviləsini yeniləyən Qolovin cari mövsümdə ilk qolunu vurdu. Ümumiyyətlə, rusiyalı yarımmüdafiəçinin hesabında məhsuldar ötürmə də yox idi.
Turun ulduzu
Maqnes Akliuş (Monako) – cari mövsümdə indiyə qədər fərqlənməyən gənc yarımmüdafiəçi “Brest”lə oyunun qəhrəmanı oldu. Erkən qol vurdu və qonaqların hesabı bərabərləşdirməyə yaxın olduğu anlarda yenə də fərqləndi.
Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi:

“Hesab 2:0 olanda – fasilə ərəfəsində 3-cü qolu vurmaq üçün gözəl şansımız var idi. Bunu etməməyimiz xoşuma gəlmədi. Top uğrunda mübarizədə yetərincə aqressivlik göstərmədik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Dekabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri