Icma.az
close
up
RU
Liderlər Londonda ABŞ ın artan təzyiqi fonunda Ukraynanı dəstəkləyəcəklər FT

Liderlər Londonda ABŞ ın artan təzyiqi fonunda Ukraynanı dəstəkləyəcəklər FT

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenskini, həmçinin Fransa və Almaniya liderlərini Londonda qəbul edəcək. 

Qaynarinfo "Financial Times”a istinadla yazır ki, Avropa ölkələri ABŞ-ın Kiyevi Rusiya ilə sülh sazişinə razı salmağa yönəlmiş artan təzyiqi fonunda Ukraynaya dəstək göstərmək istəyirlər.

Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz bu gün – 8 dekabrda Dauning-stritə gələcəklər. Səfərin məqsədi, ABŞ-ın Kiyevi Rusiyanın xeyrinə ədalətsiz sülhə məcbur edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Zelenskiyə dəstək nümayiş etdirməkdir.

Bu arada, 7 dekabrda ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri sazişin imzalanmasını ləngidir və hətta təqdim olunan son sülh planını belə "oxumayıb”.

"ABŞ-ın milli təhlükəsizlik strategiyasının dərcindən sonra Avropanın narahatlığı daha da artıb. Həmin sənəddə Avropa rəsmiləri sülh razılaşmasına mane olmaqda ittiham edilir. Strategiyada qeyd olunur ki, ABŞ üçün əsas maraq döyüşlərin sürətli dayandırılması və Rusiya ilə strateji sabitliyin bərpasıdır”, – deyə nəşr yazır.

Dauning-stritin məlumatına görə, 7 dekabrda Starmer Niderlandın baş naziri Dik Şufla danışıb və tərəflər "Ukraynanın müdafiəsinə davamlı beynəlxalq dəstəyin vacibliyini” təsdiqləyiblər.

Yelisey sarayının nümayəndəsinin sözlərinə görə, Avropa liderlərinin Zelenski ilə görüşünün məqsədi bu çətin məqamda Ukraynanın birliyinə dəstək göstərməkdir. O əlavə edib ki, danışıqlar "sülh şərtləri ilə bağlı Avropa–Ukrayna mövqeyinin konsolidasiyasına” və bu mövqe əsasında ABŞ-la uzlaşmaya nail olmağa yönələcək.

"Amerikalılar ukraynalılardan nə mümkün olduğunu, nə olmadığını eşitməlidirlər”, – deyə rəsmi vurğulayıb.

Gözlənilir ki, Zelenski Avropa liderlərini Ukrayna və ABŞ rəsmiləri arasında son danışıqlar barədə məlumatlandıracaq. Bundan əlavə, Merz Belçikanın dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair Aİ planına qarşı çıxması barədə həmkarlarını məlumatlandıracaq. Bu məsələ ötən gün Merzin Belçikanın baş naziri Bart de Veverlə görüşündə də müzakirə olunub.

FT xatırladır ki, Britaniyanın qoşulmağa hazır olduğu və Aİ liderlərinin 18–19 dekabr sammitində müzakirə edəcəyi təşəbbüs Avropada saxlanılan dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə etməklə Ukrayna üçün borc cəlb olunmasını nəzərdə tutur — bu vəsait həm hərbi, həm də büdcə ehtiyaclarını maliyyələşdirməyə yönələcək.

Danışıqlarda Merzin həmçinin Almaniyanın gələn il Ukraynaya dəstəyin əsas maliyyə yükünü daşımalı ola biləcəyindən narahatlığını ifadə edəcəyi gözlənilir. Çünki Fransa və Britaniyada maliyyə məhdudiyyətləri mövcuddur.

Zelenskinin tərəfdaşlardan əlavə hərbi və maliyyə dəstəyi almaq imkanını da müzakirə edəcəyi ehtimal olunur.

"Biz hücumlara cavab olaraq müdafiəmizi gücləndirmək üçün tərəfdaşlarımızla işləməyə davam edirik. Prioritet aydındır: daha çox hava hücumundan müdafiə sistemi və raketlər, həmçinin müdafiəçilərimiz üçün daha çox yardım”, – deyə Ukrayna prezidenti daha əvvəl bildirmişdi.

Qeyd edək ki, gələn bazar ertəsi Fransa, Almaniya və Britaniya liderləri Zelenski ilə ABŞ-ın sülh sazişinə nail olmaq səylərini müzakirə edəcəklər. Bu görüşün keçiriləcəyini Emmanuel Makron elan etmişdi və bildirmişdi ki, Avropa ölkələri "Rusiyanı sülh seçməyə məcbur etmək üçün təzyiqi artırmalıdır”.

Eyni zamanda, Britaniya Nazirlər Kabinetinin nümayəndəsi Pet Makfadden görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb. Onun sözlərinə görə, danışıqların əsas məqsədi gələcəkdə mümkün rus aqressiyasından Ukraynanı qoruyacaq sülh modelini hazırlamaqdır.

"Hər kəs istəyir ki, müharibə bitsin. Lakin müharibə elə bitməlidir ki, Ukrayna gələcəyini sərbəst müəyyən edə bilsin. Bu, həm müharibənin ədalətli başa çatdırılmasını, həm də Ukraynanın gələcəyi üçün real təhlükəsizlik təminatlarını nəzərdə tutur — elə bir quruluş deyil ki, öz gələcəyini müəyyən etməyə qadir olmasın”, – deyə Makfadden əlavə edib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri