Icma.az
close
up
RU
Liftin qapısını təpiklə açırlar DEPUTAT ŞİKAYƏTÇİDİR

Liftin qapısını təpiklə açırlar DEPUTAT ŞİKAYƏTÇİDİR

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

O qeyd edib ki, liftin qapısını arxasınca gələn adama bir neçə saniyə saxlamayanlar var:  

"Adamın liftə çatmasına iki addım qalıb, amma qapı artıq bağlanıb.

Liftin qapısını təpiklə açanlar da var.

Liftin içinə tüpürənlər, saqqız yapışdıranlar, tum qabıqlarını və müxtəlif tullantıları atanlar...

Liftin güzgüsünü isə sanki şəxsi dəftər hesab edənlər var. Adını, soyadını, telefon nömrəsini yazan, müxtəlif sözlər cızan, güzgünü makiyaj vasitələrinin izləri ilə çirkləndirənlər...

Bəziləri liftin içində yüksək səslə danışır, telefonla qışqıra-qışqıra danışır, musiqini ətrafdakı insanların eşidəcəyi səviyyədə açır.

Bəziləri isə liftə minəndə içəridəkilərin çıxmasını gözləmir. İnsanlar hələ düşməmiş içəri girməyə çalışırlar.

Ən maraqlı məsələlərdən biri də yük liftidir.

Yük liftinin ayrıca təyin olunmasının səbəbi var. Ağır və iri əşyaların daşınması üçün nəzərdə tutulub. Amma bəzi insanlar qaydaları nəzərə almadan yük liftindən də, sərnişin liftindən də istədikləri kimi istifadə edirlər.

Digər tərəfdən, sərnişin liftinə iri əşyalarla girib həm lifti yükləyən, həm də digər sərnişinlərə yer qoymayanlar var.

Bir də liftin düymələri...

Elə insanlar var ki, lift gələnə qədər düyməni dəfələrlə basır. Sanki düyməni çox basanda lift daha tez gələcək.

Bəziləri isə bütün mərtəbələrin düymələrini basır. Nəticədə lift hər mərtəbədə dayanır.

Uşaqların liftin içində düymələrlə oynamasına icazə verənlər də var.

Qapı bağlanarkən əllə, ayaqla və ya əşya ilə qapını zorla açmağa çalışanlar da.

Əslində bunların hamısı bir şeydən xəbər verir: insanın ümumi əmlaka münasibətindən.

Bir məsəl var: ağaca çıxanda budaqları qırıb aşağı atsan, ağacdan düşəndə sənə dayaq olacaq budaq tapa bilməzsən.

Həyatda da belədir.

Bu gün istifadə etdiyimiz ümumi əmlakı dağıdıb, çirkləndirib, korlayıb sonra sabah həmin şeyə ehtiyac duyanda onun yaxşı vəziyyətdə olmasını gözləmək olmaz.

Lift də hamımızın istifadə etdiyi ümumi məkandır.

Bu gün təpiklə qapısını açdığınız, içinə tüpürdüyünüz, güzgüsünü cızdığınız, düymələri ilə oynadığınız liftə sabah yenə özünüz minəcəksiniz.

Ona görə də ümumi olan şeyə münasibətimiz əslində özümüzə münasibətimizdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri