Icma.az
close
up
RU
Liftlərin işləməməsindən şikayətçi olan sakinlər: Əzab və əziyyət maşınıdır

Liftlərin işləməməsindən şikayətçi olan sakinlər: Əzab və əziyyət maşınıdır

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonu, F.Xoyski küçəsi, 110 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri binalarındakı liftlərin işləməməsindən narazılıq edirlər.

Oxu.Az-a daxil olan şikayətdə bildirilib ki, sözügedən ünvandakı 3-cü blokun lifti çox vaxt istifadəyə yararsız vəziyyətdə olur. Bu vəziyyət, xüsusilə yuxarı mərtəbələrdə yaşayan insanlar üçün ciddi əziyyət yaradır.

"Liftimiz, demək olar ki, ay ərzində 20 gün işləmir. Hər dəfə Bakı "Lifttəmir" İstehsalat Birliyinə müraciət edirik, amma nə bizi dinləyirlər, nə də məsələ ilə maraqlanırlar. Üstəlik çox kobud danışırlar. 9-cu mərtəbədə yaşayırıq. Lift işləməyəndə halımızı təsəvvür edin. Sanki lift deyil, əziyyət maşınıdır. Liftin içində işıqların normal işləməsinə, təmizliyinə özümüz baxırıq, digər məsələlər isə bizim edə biləcəyimiz işlər deyil", - deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı "Lifttəmir" İstehsalat Birliyinin inspektoru Hafiz Məmmədov isə sakinlərin iddialarını qismən təkzib edib. O bildirib ki, son günlərdə həmin binada liftlə bağlı hər hansı problem qeydə alınmayıb.

"Ümumilikdə, bəli, problemlər olur. Amma bu, əsasən sakinlərin liftlərdən düzgün istifadə etməməsi ilə bağlıdır. Məsələn, liftin düymələrini alışqanla yandırırlar. Sonra isə deyirlər ki, düymələr işləmir, dəyişin. Yaxud da başqa mərtəbəyə aid düyməni söküb onların yerinə qoymağımızı istəyirlər. Bundan başqa, liftə nəzərdə tutulan çəkidən artıq yük yerləşdirirlər. Bu da mexanizmin sıradan çıxmasına səbəb olur. Ev təmir edənlər qum, daş və digər ağır materialları liftlə daşıyırlar. Bu zaman həm qapılar tam qapanmadığı üçün problem yaranır, həm də liftin mühərriki yüklənir və sıradan çıxır.

Bu tip nasazılıqların aradan qaldırılması üçün bəzən detalları sifariş etməyə ehtiyac yaranır ki, bu da vaxt tələb edir. Sakinlər liftdən təlimata uyğun istifadə etsələr, təbii ki, belə problemlərlə çox nadir hallarda rastlaşa bilərik. Hər halda əlimizdən gələni etməyə çalışırıq", - deyə H.Məmmədov bildirib.

Sakinlərin müraciətlərinə məhəl qoyulmaması və kobud cavab verilməsi iddiasına gəlincə isə, inspektor bu fikirləri qəti şəkildə təkzib edib:

"Qətiyyən belə bir hal olmayıb. Hər bir sakini dinləyirik və yaranan problemləri izah etməyə çalışırıq. Bəzən sakinlər öz məsuliyyətsizliklərini etiraf etmək istəmirlər və haqsız olduqları halda da mübahisəyə girirlər".

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri