Lionel Messi dələduzluqda ittiham olunur
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"İnter Mayami" klubunun və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi gözlənilməz dələduzluq ittihamı ilə üzləşib.
Redaktor.az TMZ nəşrinə istinadən xəbər verir ki, "VID" promouter şirkəti Lionel Messi və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı milyonluq məhkəmə iddiası qaldırıb.
Buna səbəb ötən ilin oktyabrında Venesuela yığmasına qarşı keçirilən və böyük səs-küyə səbəb olan yoldaşlıq oyununda ulduz futbolçunun iştirak etməməsi nəticəsində şirkətin üzləşdiyi maliyyə itkiləridir.
Müqavilənin şərtlərinə əsasən, Messi zədəli olmadığı təqdirdə matçda ən azı 30 dəqiqə çıxış etməli idi. Lakin heç bir fiziki problemi olmamasına rəğmən, cənubi amerikalı oyunçu həmin qarşılaşmada yaşıl meydanda görünməyib.
Hazırda ulduz oyunçuya və Argentina Futbol Federasiyasına qarşı irəli sürülən təzminat tələbinin dəqiq məbləği sirr olaraq qalır.
Baxış sayı:137
Bu xəbər 15 Aprel 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















