Lionel Messi ilin rəmzi komandasına düşməyib HEYƏT İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FIFPro) 2024-cü ilin rəmzi yığmasını açıqlayıb.
İdman.biz xəbər verir ki, simvolik komandada daha çox "Real Madrid" (altı) və "Mançester Siti"dən (dörd) oyunçu yer alıb.
Rəmzi yığma 70 ölkədən 21 mindən çox futbolçunun səsverməsinin nəticələrinə əsasən müəyyənləşib. Respondentlər 21 avqust 2023-cü ildən 14 iyul 2024-cü ilə kimi olan dövrdə ən yaxşı oyunçuları seçiblər.
Mövsümün komandasına daxil olan futbolçular: Ederson, Kevin De Bruyne, Rodri, Erlinq Haaland (hamısı "Mançester Siti"), Dani Karvaxal, Antonio Rudiger, Toni Kroos, Cud Bellingem, Vinisius Junior (hamısı "Real Madrid"), Kilian Mbappe (PSJ/"Real Madrid") və Vircil van Diyk ("Liverpul").
Qeyd edək ki, ötən mövsümün nəticələri nəzərə alındığından karyerasını bitirən Kroos da "Real"ın oyunçusu kimi göstərilib. 2006-cı ildən bəri ilk dəfə Lionel Messi dünyanın rəmzi yığmasında yer almayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 10 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















