Icma.az
close
up
RU
Lisey və gimnaziyalara qəbul başlayır

Lisey və gimnaziyalara qəbul başlayır

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır. Şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.

Bu barədə APA-ya Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.

Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.
İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.
Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı:

Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası; Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi; Bakı şəhəri Kimya və biologiya təmayüllü respublika liseyi; Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; Bakı şəhəri texniki-humanitar lisey; Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi; Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi; Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi; Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri Rəqəmsal biliklər liseyi; Bakı şəhəri Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası; Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey; Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey; Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey; Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey; Şəki şəhəri kimya və biologiya təmayüllü lisey; Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey; Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey; Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey; Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey; Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey; Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey; Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey’ publik hüquqi şəxsi; Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya; Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey; Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi; Sumqayıt şəhəri “Təfəkkür” liseyi; Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya; Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi; Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey; Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya; Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey; Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziya; Masallı şəhəri “Dəfinə” texniki-riyaziyyat təmayüllü lisey; Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey; İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyi; Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey; Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey; Naxçıvan Qızlar liseyi.

Hər bir müəssisə haqqında ətraflı məlumatı “Şagirdlərin elektron yerdəyişməsi” portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.
Ötən il istifadə olunan imtahan kitabçası aşağıdakı linkdə yerləşdirilib.

Kitabça 6-cı sinif (7-ci sinfə qəbul)

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 İyun 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri