Liseydə müəllimin güllənməsi: ata həbs edilə bilər Neçə il cəza gözləyir?
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi ehtiyatsızlıqdan müəllimini güllələyib. Diqqətçəkən məqamlardan biri isə 15 yaşlı uşağın evdən nəzarətsiz odlu silah gətirməsidir.
Bu məsələdə valideynlərin məsuliyyət daşıyırmı?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, uşağın atasına Cinayət Məcəlləsinin 320-ci maddəsi (Odlu silahı diqqətsiz saxlama) ilə cinayət işi açıla bilər:
“Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda – iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Fevral 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















