Icma.az
close
up
RU
Litva 100 min insanı SƏFƏRBƏR EDİR Belarusdan hücum TƏHLÜKƏSİ

Litva 100 min insanı SƏFƏRBƏR EDİR Belarusdan hücum TƏHLÜKƏSİ

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.

Vitkauskasın sözlərinə görə, peşəkar bilikləri və vəzifə öhdəlikləri səfərbərlik planlarının icrası üçün vacib sayılan Litva vətəndaşları artıq ehtiyata daxil edilir.

Bu siyahıya dövlət və bələdiyyə qulluqçuları, həkimlər, mühəndislər, İT mütəxəssisləri, energetiklər, loqistlər və polis əməkdaşları daxildir. Onların müəyyən hissəsi artıq müvafiq siyahılarda yer alıb.

"Əsas hədəf ehtiyatda təxminən 100 min nəfərlik heyət formalaşdırmaqdır", - deyə Vitkauskas qeyd edib.

O bildirib ki, səfərbərlik zamanı bu mütəxəssislər öz iş yerlərində qalaraq səhiyyə, energetika, rabitə, dövlət idarəçiliyi və digər həyati əhəmiyyətli sistemlərin fasiləsiz fəaliyyətini təmin etməlidirlər. Bu şəxslərin başqa məcburi işlərə yönləndirilməsi nəzərdə tutulmur.

MBİM rəhbəri Litvanın Polşa ilə birgə beynəlxalq təxliyə planı hazırladığını da diqqətə çatdırıb. Plan Litva, Latviya və Estoniya əhalisinin bir hissəsinin zərurət yarandığı təqdirdə Polşa sərhədi vasitəsilə təxliyəsini nəzərdə tutur. Litvanın daxili milli planı artıq hazır olsa da, transmilli sənədin hazırlanması davam edir.

Sərhəddə hərbi təhlükə yarandığı halda, səfərbərliyin lazımi səviyyədə təşkil olunması və kritik vacib vəzifələri tutan mütəxəssislərin ölkədən çıxışının qarşısını almaq üçün sərhəd nəzarəti bərpa edilə bilər. Eyni zamanda, sərhəddə böyük sıxlıq yaranmaması üçün Litva və Polşa buraxılış qaydalarını əvvəlcədən razılaşdırmağı planlaşdırır.

Hazırlanan planlar sentyabrın 25-dən oktyabrın 3-dək keçirilən Litvanın ən böyük illik səfərbərlik təlimləri - "Vitis Birliyi 2026" çərçivəsində sınaqdan keçiriləcək. Manevrlərdə 3 minə yaxın dövlət qulluqçusu, bələdiyyə, idarə və müəssisə əməkdaşı, həmçinin 1000-ə yaxın könüllü iştirak edir.

Təlimlərin ssenarisinə əsasən, aidiyyəti qurumlar hərbi-siyasi vəziyyətin kəskinləşməsi, energetika və rabitə sistemlərindəki kəsintilər, müttəfiq qüvvələrin qəbulu və dövlətin səfərbərlik rejimini tətbiq etməsi kimi halları məşq edəcəklər. Həmçinin Belarus tərəfindən ehtimal olunan hərbi müdaxilə təhlükəsi zamanı Vilnüs və sərhədyanı rayon sakinlərinin təxliyəsi nəzərdə tutulub.

Qeyd edək ki, iyul ayında Litva Daxili İşlər Nazirliyi dövlət təxliyə planını təsdiqləyib. Hesablamalara görə, təhlükə yarandıqda əhalinin 75%-i ərazini müstəqil tərk edə biləcək. Geridə qalan sakinlərin, xüsusən də uşaqlı ailələrin, yaşlıların və əlilliyi olan şəxslərin təxliyəsinə görə yerli bələdiyyələr məsuliyyət daşıyacaq.

Litva eyni zamanda hərbi gücünü və müdafiə büdcəsini artırır. Seymin təsdiqlədiyi dəyişikliklərə əsasən, hərbi qulluqçuların maksimum sayı 20,8 min nəfərdən 29,4 min nəfərə, illik çağırış isə 4,2-7 min nəfərədək yüksəldiləcək.

Prezidentin müşaviri Marius Çesnulyaviçyus bildirib ki, Ölkənin Ümumi Müdafiəsinin Əlaqələndirilməsi üzrə Milli Şurası ümumi hərbi çağırışın 2035-ci il əvəzinə 2030-cu ilə qədər tətbiq olunmasını təklif edəcək. Məlumat üçün bildirək ki, Litva 2008-ci ildə ləğv etdiyi müddətli həqiqi hərbi xidməti 2015-ci ildə bərpa edib.

2026-cı ildə ölkənin müdafiə büdcəsinə 4,8 milyard avro (ÜDM-in 5,38%-i) ayrılıb. Baş nazir Mindaugas Sinkeviçyus xərclərin bundan sonra da ÜDM-in ən azı 5%-i həcmində saxlanılacağını bəyan edib. Bu vəsaitlər 20 min nəfərlik milli diviziyanın formalaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin gücləndirilməsi və Almaniya hərbi briqadasının qəbul edilməsi üçün istifadə olunacaq.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Sentyabr 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri