Icma.az
close
up
RU
Litva parlamenti ölkənin yeni Baş nazirini seçib

Litva parlamenti ölkənin yeni Baş nazirini seçib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 avqust, AZƏRTAC

Litva parlamenti yeni qurulan hakim koalisiyanın Baş nazir vəzifəsinə namizədini təsdiqləyib. AZƏRTAC xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.

Litvada hakim Sosial Demokratlar (LSDP) iki tərəfdaşla yeni koalisiya hökuməti qurmaq üçün razılaşma əldə etdikdən sonra parlament sosial demokrat İnqa Ruqinienenin Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Formal olaraq, Ruqiniene Litva Prezidenti Gitanas Nauseda fərman verdikdə və parlamentdə and içdikdən sonra Baş nazir vəzifəsinin icrasına başlayacaq.

LSDP “Nemunas Dawn” siyasi partiyası və Litvanın Fermerlər, Yaşıllar və Xristian Ailələri Birliyi parlament qrupu ilə yeni koalisiya hökumətinin yaradılması haqqında saziş imzalayıb. Yeni hakim koalisiya parlamentdəki 141 yerdən 82-nə sahib olacaq, Sosial Demokratlar isə 52 üzvlə ən böyük payı qoruyub saxlayacaq.

Saziş çərçivəsində koalisiya əhalinin xarici təhdidlərdən qorunmasını, adekvat müdafiə maliyyəsinin təmin edilməsini, yerli biznesin təşviqini və ailələr üçün şəraitin yaxşılaşdırılmasını prioritetləşdirməyə söz verib, eyni zamanda, tütün, alkoqol və elektron siqaretlər və əlaqədar məhsullara aksiz rüsumlarının artırılmasını öhdəsinə götürüb. Koalisiya, həmçinin ksenofobiya ilə mübarizə üzrə fəaliyyət planını həyata keçirməyi öhdəsinə götürüb.

“Biz Litvanın təhlükəsizlik ehtiyaclarını təmin etmək üçün lazımi tədbirləri tez və effektiv şəkildə həyata keçirməyə və Rusiyanın təcavüzünə qarşı mübarizədə, Avropa İttifaqı və NATO-ya inteqrasiya yolunda Ukraynaya güclü dəstək verməyə öhdəliyik”, -deyə koalisiya sazişində bildirilir.

Litvanın sabiq Baş naziri Gintautas Palukas keçmiş biznes fəaliyyətləri və iddia edilən etik pozuntularla bağlı iddialardan sonra iyulun 31-də istefa vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri