Icma.az
close
up
RU
Litva universitetlərinin məzunları ilə görüş keçirildi KONKRET

Litva universitetlərinin məzunları ilə görüş keçirildi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Litva universitetlərinin məzunları ilə görüş keçirilib.

KONKRET.az xəbər verir ki, Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə dövlət və özəl sektorlarda çalışan Litvanın ali məktəblərinin məzunları iştirak edib.

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus qeyd edib ki, ölkələrimiz geniş tarixi əlaqələrə malikdir və bu gün strateji müttəfiqlərdir.

Litvanın ali məktəblərinin təhsil sahəsində uğurları barədə statistik təhlillər verməklə çıxış edib və digər sahələrdə olduğu kimi təhsil istiqamətində əməkdaşlığın artırılmasının vacibliyinin qeyd edib.

Görüşün keçirilməsində əsas məqsədin bu münasibətləri qorumaq, məzunlar arasında əlaqələri daha da gücləndirmək və yeni əməkdaşlıq imkanları yaradılması olduğunu bildirilib.

Xarici İşlər Nazirliyinin Təşkilat – Nəzarət İdarəsinin rəisi Həsən Məmmədzadə  bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xaricdə təhsilə verdiyi dəstək sayəsində çoxsaylı azərbaycanlı gənclər digər dünya ölkələri kimi, Litvanın nüfuzlu universitetlərində təhsil almaq imkanlarından yararlanıblar.

2012-2017-ci illərdə Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri işlədiyi dövrdə səfirliyin təşəbbüs və dəstəyi ilə tələbələr arasında həmrəyliyin möhkəmləndirilməsi, onların ictimai və mədəni fəaliyyətə cəlb olunması istiqamətində mühüm addımlar olduğunu qeyd edib.

Həmin dövrdə Litva Azərbaycanlı Gənclər Təşkilatının yaradılması və təşkilatın üzvlərinin müxtəlif layihələrdə və təşəbbüslərdə ölkəmizi uğurla təmsil etdiklərini bildirib.

Milli Məclisin Azərbaycan – Litva Parlamentlərarası İşçi Qrupunun rəhbəri Nəsib Məhəməliyev, həmin qrupun üzvü Kamran Bayramov, Azərbaycan Baltik Məzunları Şəbəkəsinin təsisçisi Xıdır Kazımov və çıxış edən məzunlar təşkil olunan görüşün əhəmiyyətini, mövcud əlaqələri gücləndirməklə əməkdaşlıq şəbəkəsinin genişlənməsinin vacibliyini qeyd ediblər.

Tədbir “Vətən” muğam qrupunun ifaları ilə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyun 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri