Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Litvadan Rusiyaya qarşı ittiham

Litvadan Rusiyaya qarşı ittiham

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

Litvanın Baş Prokurorluğu 2024-cü ilin mayında Vilnüsdə IKEA mağazasında törədilən yanğının Rusiyanın hərbi kəşfiyyatı olan Baş Qərargahın nəzdindəki Baş İdarə (QRU) tərəfindən təşkil edildiyi qənaətinə gəlib. Bu hadisə ilə bağlı cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib. İstintaqın məlumatına görə, QRU əməliyyat üçün yaşı 20-dən az olan iki Ukrayna vətəndaşını cəlb edib. Həmin gənclərdən biri partlayıcı maddəni mağazaya keçirərək, yerləşdirib. Əməliyyata rəhbərlik QRU-nun əməkdaşının müəyyən etdiyi vaxtda partlayıcı uzaqdan işə salınıb. Yanğın videoya çəkilərək sifarişçiyə göndərilib. İfaçı daha sonra Polşaya yollanıb və orada mükafat olaraq BMW 530 alıb. Prokurorluğun məlumatına görə, bir neçə gün sonra o, yeni terror aktı üçün avadanlıq almaq üçün Litvaya qayıdıb. Lakin sonda polis tərəfindən yaxalanıb və onun üzərində partlayıcı qurğunun komponentləri aşkar edilib. İkinci şübhəli Polşada saxlanılıb. Cinayət işi ölkələrin birgə səyləri ilə araşdırılır. Litvanın Baş Prokurorluğu hesab edir ki, hər iki təqsirləndirilən şəxs QRU tərəfindən əvvəlcədən yaradılmış mütəşəkkil cinayətkar qrupun tərkibində olub. Məqsədi Litva və Latviyada əhalini qorxutmaq, sabitliyi pozmaq və Ukraynaya dəstəyi dayandırmaq üçün təzyiq göstərmək məqsədi daşıyan terror aktları törətmək olub.

Təqsirləndirilən şəxsin tapşırığı yerinə yetirməzdən əvvəl xüsusi hazırlıq keçdiyi iddia edilir. Vilnüsdəki IKEA-da yanğın mayın 9-na keçən gecə baş verib. Heç kim xəsarət almayıb, lakin mağazaya təxminən 500 min avro dəyərində ziyan dəyib. Elə həmin ay Varşavada 1400 köşkü olan böyük ticarət mərkəzi yanıb. Polşanın Baş naziri Donald Tusk daha sonra "Rusiya xüsusi xidmət orqanlarının adından təxribat aktlarında bilavasitə iştirak edən" 9 nəfərin həbs edildiyini açıqlayıb. Daha üç nəfər sonra həbs edilib. Tuskun sözlərinə görə, müttəhimlər arasında Belarus, Polşa və Ukrayna vətəndaşları var. Onların əksəriyyəti "cinayətkar aləmin nümayəndələri"dir.

Yanğın hücumları digər Avropa ölkələrində də, Böyük Britaniya, Almaniya, İsveçdə də baş verib. Avropa ölkələrinin təhlükəsizlik xidmətləri bunun planlı bir hərəkət ola biləcəyini iddia edib. Ümumiyyətlə, ötən il Avropada 500 şübhəli hadisə qeydə alınıb və onlardan 100-ə qədərinin Rusiyanın hibrid hücumları, casusluğu və təxribat əməliyyatları ilə əlaqəli olduğu güman edilir. Məsələn, Çexiyanın xarici işlər naziri Yan Lipavski 2024-cü ildə Avropada 100-ə qədər şübhəli qəzada Rusiyanın iştirakının ola biləcəyini bəyan edib. Avropalı liderlər isə Rusiyanın təxribat və hibrid hücumlarının qarşısını necə ala biləcəklərini müzakirə edirlər. Bu zaman ən çox müzakirə olunan cavab tədbiri NATO Nizamnaməsinin 5-ci maddəsinin Rusiyanın hibrid hücumlarına da tətbiq edilməsidir. Məlum olduğu kimi, 5-ci maddə NATO üzvlərindən birinə xarici müdaxilə olacağı halda Alyansın bu müdaxiləyə kollektiv cavab verməsini nəzərdə tutur. Lakin Donald Trampın buna razı olacağı ehtimalı çox azdır. Ona görə də, avropalı liderlər alternativ çarə axtarılmasının daha doğru yol olacağını bildirirlər. Litva Baş Prokurorluğunun Rusiyanı rəsmən ittiham etməsindən sonra Avropa özünün təhlükəsizliyi haqqında daha ciddi düşünmək məcburiyyətindədir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri