Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“İnsanlar üçün xeyir və şər anlayışı onların həyata baxışına...”

“İnsanlar üçün xeyir və şər anlayışı onların həyata baxışına...”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Xeyir və şər mövzusu uzun əsrlərdir dinlərin, məzhəblərin hətta fəlsəfənin müzakirə, mübahisə mövzusu olub. İslam təriqətlərinin əksəriyyəti izah edirdi ki, xeyir kimi şəri də Allah yaradır. Lakin Allahı mütləq adil xarakterlə tərənnüm edən Mötəzilə cərəyanı şərin yaradılmasını ilahi ədalətə zidd hesab edirdi. Ona görə də xeyrin Allahdan, şərin isə insanın öz əməlinin nəticəsi olduğunu irəli sürürdü. Cəbriyyə isə radikal şəkildə insanın heç bir ixtiyarı olmadığını deyir, baş verən bütün hadisələrin fiziki qanunauyğunluqla, ilahi təqdirlə baş verdiyini, insanın heç bir ixtiyarı olmadığını qəbul edirdi”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, əslində isə mütləq xeyir və mütləq şər yoxdur:

“Baxış bucaqlarına, şəraitə, zamana, zahiri qiymətinə görə nəyəsə şər, nəyəsə xeyir deyirik. Bir adamın xəstələnib faydalı sandığı səfərə çıxa bilməməsini şər hesab etsək, onun getməli olduğu təyyarənin qəzaya uğrayıb hamının ölməsindən sonra şəxsin xəstələnib yoldan qalmasını xeyir hesab edəcəyik. Demək xeyir dediyimiz şeyin içində, əsl batini mahiyyətində bir şər, şər hesab etdiyimiz şeyin içində də bir xeyir gizlənmiş ola bilər.Orta əsr həkim-filosofu Zəkəriyyə Razi deyirdi ki, şər xəstəlik kimidir. Bir həkim olaraq o, pis əməlləri və əxlaqsızlığı ruhun xəstəlikləri olaraq görürdü. Necə ki fiziki xəstəliklər müalicə tələb edir, paxıllıq və qəzəb kimi şər əməllər də ağıl və fəlsəfi tərbiyə ilə müalicə olunmalıdır. Qaranlıq əslində işiğın yoxluğudur. Xəstəlik sağlamlığın yoxluğudur. Şər də xeyirin yoxluğudur. Öz təbii halıdır. Yağış yağır, məhsul bollaşır, bunu xeyir sayırıq. Lakin bir qədər artıq yağır, bəndlər aşır, evlər dağılırsa bunu şər hesab edirik. Bəndlərin aşması digər bir fəsadın qarşısını alırsa təzədən fikrimizi dəyişib seli xeyir hesab edirik...Allah birbaşa kimin üçünsə şər yaxud xeyir bölgüsü edirmi? Əgər insana ixtiyar verilibsə özündən asılı olan, iqtidarı çatan bütün məsələlərdə qazandığı kəsbidir, öz əməlinin nəticəsidir. Özündən asılı olmayan məsələlər isə başqalarının fəaliyyətinin nəticəsidir. Zəkəriyyə Razi hesab edirdi ki, hər bir insanın daxilində onu yaxşılığa sövq edən ilahi bir nur-ağıl var. Onun fəlsəfəsində xeyir; insanın nəfsinə hakim olması, biliklərə yiyələnməsi və cismani zövqlərdən çox ruhi, əqli kamilliyə yönəlməsidir. O, şəri şeytani və ya fövqəltəbii xüsusi, konkret bir qüvvə hesab etmirdi. Razi üçün şər; insanın nəfsinə və ehtiraslarına (qısqanclıq, həsəd, kin, paxıllıq, tamah, qəzəb) uyması, cəhalət və düşüncəsizlik nəticəsində meydana gələn əməllərdir”.

İlahiyyatçı bildirib ki, insanlar üçün xeyir və şər anlayışı onların həyata baxışına, fəlsəfəsinə, inancına, dininə görə də fərqlidir:

“Birinə görə xeyir sayılan iş digərinə görə şər adlanır. Lakin əsl xeyri və əsl şəri necə müəyyən etməli? İlahi meyarlar və Ağıl və Quranla. Bunun üçün bir mayak, bir mizan olmalıdır ki, bu da Qurandır. İlahi buyruqlardan çıxmaq, fəsada meyl etmək, ümumi nizamı pozacaq əməllərə yol vermək ümumi şər hesab olunur Qurana və Ağıla görə. Başlanğıcdan bütün şeylərin, əməllərin, insan fəaliyyətinin təbii ki, yaradıcısı və hərəkətvericisi Allahdır. Lakin bəzilərində birbaşa, bəzilərində dolayı. İnsanı Allah yaradırsa demək onun bütün fəaliyyətini, hərəkətlərini, əməllərini də dolayı olaraq Allah yaratmış olur. Lakin burada verilmiş ixtiyar və azadlıq məsuliyyəti yaradıcının üzərindən götürür. Bir şirkət avtomobil istehsal edir, maşını necə istifadə etmək, hansı sürətlə sürmək gərəkdiyini müəyyən edir. Əgər insan bu qaydalara əməl etməyib həmin avtomobillə qəza, cinayət törədirsə artıq bunun məsuliyyətini istehsalçı şirkət yox maşını idarə edən daşıyır. İnsan da elədir. Xeyir və şər əslində konkret olaraq yoxdur. Bu, insanın fəaliyyəti, yaşamı sayəsində, zaman və zəminə uyğun olaraq müəyyən olunur, ona ad verilir. Bir hadisənin, qəzanın, xəstəliyin adını bir baxış bucağına, zahirinə görə bəla, şər qoymaq nisbidir, səthidir. Ümumi mahiyyəti ifadə etmir. Quranda Xızırın uşağı öldürməsi hekayəsi zahirə görə qəbahət və şər əməl idi. Hətta şəriətə görə cinayət sayılırdı. Amma ilahi baxış bucağına, hikmət, batin meyarlarına görə isə xeyir və fayda verən əməl idi. Çünki o uşaq böyüyüb qan tökən və fəsadçı biri olacaqdı. Bu göstərir ki, batində, əsl mahiyyəti etibari ilə nəyin xalis şər, nəyin xalis xeyir olduğunu yalnız konkret olaraq Allah, yaradıcı müəyyən edə bilər, Ağıl da zahirə hökm verir, çünki bari pərdələrinin arxasını görə bilmir. Odur ki, insan üçün xeyir və şər anlayışı nisbi, birtərəfli, qeyri - müəyyən və qüsurlu olaraq qalır”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri