Livan və İsrail arasında atəşkəs razılaşması bu gecə qüvvəyə minə bilər
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Livan və İsrail arasında atəşkəs razılaşması noyabrın 27-nə keçən gecə qüvvəyə minə bilər.
Azpost.info xəbər verir ki, bunu Livan xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib deyib.
“Biz İsrail Nazirlər Kabinetinin iclasının nəticələrini gözləyirik. Hərbi hərəkətlər gecə yarısı dayandırılmalıdır. Ümid edirik ki, biz barışıq əldə edə biləcəyik”, – Həbib bildirib.
Daha əvvəl “Al Jadeed” telekanalı atəşkəs elanının noyabrın 27-də Livanın baş naziri Nəcib Mikati tərəfindən verilə biləcəyini bildirmişdi. Hökumət başçısının özü bu məlumatı təsdiqləməkdən imtina edib və qeyd edib ki, danışıqlar davam edərkən şərh verməkdən çəkinməyə üstünlük verir.
Azpost.info

İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə mindi
27 Noyabr 2024 09:28
Livanla İsrail arasında atəşkəs razılaşması BU GECƏ qüvvəyə minə bilər
26 Noyabr 2024 23:16
“Əl Nahar”: Livan və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib
27 Noyabr 2024 07:45
İsrail və Livan arasında atəşkəs razılaşması POZULDU
02 Dekabr 2024 23:39

