Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Livanda vəziyyət gərginləşir

Livanda vəziyyət gərginləşir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Növbəti İsrail-Hizbullah müharibəsi

Yaxın zamanda İsrail ilə Hizbullah arasında yenidən müharibə alovlana bilər. Belə demək mümkünsə, Hizbullahın tərk-silah olunması üçün ABŞ və İsrailin Livan hökuməti üzərində təzyiqləri artıb. ABŞ-ın xüsusi elçisi Tom Barak Hizbullahın silahlarının mərhələli təhvili üçün Livan hökumətindən vaxt cədvəli tələb edib. “Al-Arabiyya” telekanalının məlumatına görə, Vaşinqton silahların ən gec oktyabr ayınadək Livan ordusuna verilməsini istəyir. Lakin Hizbullah ABŞ-ın tələbinə mənfi cavab verib. Təşkilatın rəhbərliyi Livan parlamentinin spikeri Nəbih Berri vasitəsilə ABŞ rəsmilərinə çatdırıb ki, onlar silahların təhvil verilməsi istiqamətində heç bir addım atmayacaqlar - Hizbullah bunu hər hansı zəmanətin olmaması ilə əsaslandırır və tərk-silah olmamağı Suriyanın Suveyda regionunda baş verən son hadisələrlə əlaqələndirir. “Al-Arabiyya” telekanalı, həmçinin müəyyən mənbələrə istinadən bildirib ki, Hizbullah tərk-silah olmamaqda qərarlıdır və lazım gələrsə, Livan hökuməti ilə toqquşmağa hazırdır. Livan Prezidenti Cozef Aun isə bəyan edib ki, silahların dövlətə təhvil verilməsi barədə qərar artıq verilib və geriyə yol yoxdur. Hizbullahın bu mövqeyi ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilə görüşdə də müzakirə edilib. Nəbih Berri ABŞ rəsmisinə bildirib ki, rəsmi Beyrut Hizbullahın tərk-silah ediləcəyinə dair heç bir öhdəlik götürə bilməz. Hadisələrin eskalasiyasına aparan proseslərin baş verdiyi bir zamanda İsrail Hərbi Hava Qüvvələri yenidən Livanda Hizbullahın mövqelərinə raket zərbələri endirməyi planlaşdırır.  Qeyd edək ki, “Reuters” agentliyinin məlumatına görə, on gün bundan əvvəl İsrail ordusu Livanda “Hizbullah”ın elit hərbi qanadı olan “Radvan” qüvvələrinə qarşı hava əməliyyatlara başladığını elan edib.

Xatırladaq ki, 2024-cü ilin sonlarında İsrail Silahlı Qüvvələri Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirmişdi. Bu əməliyyatlarda Hizbullahın bir çox mövqeləri sıradan çıxarılmış və təşkilatın lideri Həsən Nəsrullah, bir sıra rəhbər şəxsləri və komandanları zərərsizləşdirilmişdi.

Silahlar təhvil verilməyəcək

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində bildirib ki, Hizbullahın silahlarını təhvil verəcəyi inandırıcı deyil. “Nəzərə alaq ki, bu təşkilat sadəcə bir siyasi partiya deyil, eyni zamanda İranın bölgədəki hərbi-strateji qoludur. Onun hərbi qanadı Livanda “dövlət içində dövlət” funksiyası daşıyır. Silahları təhvil vermək onun mövcudluğunu sual altına alar. Hizbullah yalnız Livanda deyil, Suriyada, Yəməndə və İraqda da İranın proksi aktoru kimi fəaliyyət göstərir. Silahların təhvil verilməsi regional güc balansında İranın əlini zəiflədir, buna isə Tehran razı olmaz,” -V.Zifəroğlu vurğulayıb ki, Hizbullah müqavimət göstərmək niyyətindədir: “Suveyda bölgəsində baş verənlər, xüsusilə druz üsyanı və İranın təsirinin azaldılması cəhdləri Hizbullah tərəfindən regional təhlükə kimi dəyərləndirilir. Bu da onların tərk-silah olmağa daha da müqavimət göstərməsinə səbəb olur”.

Livan geri çəkilmək məcburiyyətində olacaq

Ekspertin sözlərinə görə, Livan hökuməti Hizbullahı tərk-silah olmağa məcbur edə bilməz. “Livan prezidenti Cozef Aunun açıqlaması rəsmi səviyyədə ciddi bir mesajdır. Lakin Livan daxilində siyasi parçalanma və sektarian tarazlıq səbəbindən, dövlətin bu qərarı icra etmək gücü çox zəifdir. Hizbullah Livan ordusundan daha yaxşı təşkilatlanmış və silahlanmış qüvvəyə malikdir. Nəbih Berri (parlament spikeri) kimi şiə siyasi fiqurların Hizbullahla əlaqəsi dövlətin iradəsini zəiflədən amillərdəndir”.

Növbəti hərbi qarşıdurma

“Təbii ki, Hizbullahın silahları yerə qoymaqdan imtinası halında İsrailin müdaxiləsi realdır. İsrail artıq Livanla sərhəddə yerləşən Hizbullah mövqelərinə qarşı ara-sıra zərbələr endirir. Genişmiqyaslı əməliyyat üçün isə ciddi səbəb və beynəlxalq razılıq tələb olunur. İsrail, İranın nüvə proqramına qarşı yeni hərbi addımlar atarsa, bu kontekstdə Hizbullahı da zərərsizləşdirmək istəyəcək,” - deyə V.Zifəroğlu bildirib.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri