Icma.az
close
up
RU
“Liverpul” darmadağın etdi, Mançester nəhəngləri yenə büdrədi

“Liverpul” darmadağın etdi, Mançester nəhəngləri yenə büdrədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Premyer-liqada 17-ci tur da maraqlı alındı.

Turun mərkəzi oyununda “Tottenhem”lə “Liverpul” qarşılaşdı. Mersisayd klubu tennis hesabıyla qalib gəldi. Mançester klubları sinxron şəkildə uduzdu. Səfərdə “Aston Villa”ya uduzan “Mançester Siti”nin böhranı davam edir. “Mançester Yunayted” isə biabır oldu. “Qırmızı şeytanlar” evdə “Bornmut”dan üç qol “yedi”. “Arsenal” “Kristal Pelas”la oyunda böyükhesablı qələbə qazandı, “Çelsi” gözlənilmədən “Everton”la oyunda büdrədi.
MS çoxdan belə ümidsiz təsir bağışlamırdı. Hətta böhran dövründə keçirdiyi oyunlarda da “şəhərlilər” bu qədər pis oynamırdı. “Aston Villa” çox asan qələbə qazandı. “Siti” ilk yarıda topa daha çox nəzarət etsə də, qol vəziyyətləri yarada bilmirdi. Qonaqlar çox süst və ideyasız görünürdü. “Aston Villa” isə iti əks-hücumlar qururdu ki, bunların birində Duran hesabı açdı. “Siti” 2-ci hissədə heç cür toparlana bilmədi, daha pis oynadı. Rocers 65-ci dəqiqədə 2-ci qolu da vurdu.
Birmingemlilər bundan sonra da bir müddət ətalət əsasında fəal oynadı, sonra yenidən qapalı əks-hücum modelinə döndü. Yalnız hər kəsin artıq nəticə ilə barışdığı uzatma dəqiqələrində “Siti” Fodenin sayəsində qollardan birinin əvəzini çıxdı. Bundan artığını etməyə nə güc, nə də vaxt qalmışdı.
“Arsenal” Liqa kubokunun ardından çempionatda da “Kristal Pelas”ı məğlub etdi. Həm hesab, həm də oyun baxımından daha inamla. Artıq 5-cı dəqiqədə Jezus hesabı açdı. Düzdü, 5 dəqiqə sonra hesab bərabərləşdi. Ancaq 1:1 hesabı cəmi 4 dəqiqə qorundu. Jezus dublunu rəsmiləşdirdi. “Arsenal” 38-ci dəqiqədə daha bir qol vurmaqla fasiləyə rahat yollandı. Qol oyunun axarına tam uyğun idi. Çünki “topçular” üstünlüyə malik idi, dominantlıq edirdi. 2-ci hissədə də oyunun axarını dəyişmədi. Meydan sahiblərinin bu yöndə cəhdləri heç bir nəticə vermədi. “Arsenal” qənaət rejimində də qollar vurmağa davam etdi. Nəticədə hesab arasındakı fərq darmadağın həddinə çatdı.
“Everton”la “Çelsi” qalibi müəyyənləşdirə bilmədi. Liverpullular rəqibi özlərinə xas üslubda bezdirici və təhlükəli vəziyyətlər sarıdan kasad oyuna çəkdi. Premyer-liqanın ən məhsuldar hücum xətti ilk 25 dəqiqədə Pikfordun qapısı önündə heç bir təhlükəli vəziyyət yarada bilmədi. İlk yarının sonunda Pikford və komanda yoldaşları qapını toxunulmaz saxlamaq üçün əməlli-başlı tər tökdü. Cekson əlverişli vəziyyətdən topu düz qapıçının üstünə vurdu. Elə həmin Cekson dirəyi də silkələdi.
Fasilədən sonra “Çelsi”nin fəallığı aşağı düşdü. Meydanın dərinliyindən ara ötürmələri ünvanına çatmadı, müdafiəçilər Palmerə göz açmağa imkan vermədilər. Əksinə, “Everton” 2-ci hissədə yeni sahiblərinin gözü önündə qələbə qazanmağa yaxın idi! Londonluların qapıçısı Sançes dəfələrlə komandasını xilas etdi. “Everton” son 9 gündə ikinci dəfə paytaxt nəhəngi ilə oyunda qapısını toxunulmaz saxladı. Mersisaydlılar MS səfəri ərəfəsində “Kristal Pelas”a xal hesabında çatdı və topların fərqinə görə arxada qoydu. Premyer-liqada avqustdan bəri ilk dəfə qol vura bilməyən “Çelsi” isə “Liverpul”u bir neçə saatlığa arxada qoymaq imkanını qaçırdı.
MY çempionatda ardıcıl 2-ci ev oyununda məğlubiyyətlə barışdı. “Qırmızı şeytanlar”ı “Bornmut” darmadağın etdi. Bu nəticə heç kimi təəccübləndirməməlidi. Premyer-liqanın 8-ci komandası 13-cü komandasını məğlub etdi – adi haldı. “Albalılar” mövsümün indiki çağında Amorimin ideyalarına uyğunlaşmağa çalışan mankunianlarla müqayisədə daha hazırlıqlı görünür. Üstəlik İraolanın komandası cari mövsümdə artıq “Arsenal”, “Mançester Siti” və “Tottenhem”i məğlub edib. Odu ki, MY-nin də “Bornmut”un qurbanları sırasına qoşulması təəccüb doğurmadı. Qonaqlar hesabı ilk yarının ortalarında uğurla yerinə yetirilən cərimə zərbəsindən sonra açdı. “Qırmızı şeytanlar” qoldan sonra fəallaşdılar və hissənin sonunda yaxşı oyun göstərdilər. Ancaq bir neçə təhlükəli vəziyyət boşa verildi. Əvəzində MY 2-ci hissənin əvvəlində zəif təsir bağışladı, saatın tamamında qonaqlar hesab arasında fərqi darmadağın həddinə çatdırdı. Əvvəlcə Klyuvert özü qazandığı penaltini dəqiq yerinə yetirdi. Cəmi iki dəqiqə sonra Semenyo da fərqləndi. Mankunianlar qalan vaxt ərzində heç olmasa, təsəlli qolu vurmağa çalışdılar. Meydan sahibləri sonda zərbə sayında rəqibi iki dəfə üstələdi, 13 künc zərbəsi yerinə yetirdi, ancaq Kepanın qapısına qol vurmaq mümkün olmadı. “Bornmut” inamlı qələbə sayəsində 5-ci pilləyə yüksəldi. MY isə hələ də öz oyununu axtarır.
“Tottenhem” – “Liverpul” oyunu premyer-liqanın dünyanın ən baxımlı çempionatı olduğunu deyənlərin əlinə daha bir əsas verdi. “Qırmızılar” oyuna fırtına kimi başladı, hissənin ortalarına qədər Salah üç dəfə fərqlənə bilərdi - əvvəlcə dəqiq olmadı, ardından Forster və tir “mahmızlar”ı xilas etdi. Əvəzində Diasla Makallister hərəyə bir qol vurdu. Meddison 41-ci dəqiqədə bunlardan birinin əvəzini çıxsa da, uzatma dəqiqələrində Salahın qapıçı ilə təkbətək çıxardığı Soboslai iki top fərqini bərpa etdi. Fasilədən sonra misirli ulduz ardıcıl iki qol vurdu. Bu qolların cavabını Kulusevski ilə Solanke qaytardı. Bununla belə, oyunda son sözü yenə “Liverpul”, daha doğrusu, Dias dedi. Yalnız bundan sonra komandalar sakitləşdi – 3:6!
Turun qalan oyunlarına gəlincə, “Fulhem” – “Sauthempton” oyununda qapılara qol vurulmadı. “Nyukasl” səfərdə “İpsviç”in qapısından 4 cavabsız top keçirdi. “Sağsağanlar”dan İsak het-trik etdi. “Vulverhempton” və “Nottingem Forest” səfərdə, uyğun olaraq, “Lester” və “Brentford” üzərində “quru” qələbə qazandı. “Vest Hem” – “Brayton” oyununda isə məhsuldar “sülh” qeydə alındı.
17-ci tur
Tottenhem – Liverpul 3:6
Meddison, 41. Kulusevski, 72. Solanke, 83 – Dias, 23; 85. Makallister, 36. Soboslai, 45+1. Salah, 54; 61. (61439)
Tottenhem: Forster, Porro, Drequşin, Qrey, Spens, Sarr (Berqvall, 58), Bissuma, Kulusevski, Meddison (Conson, 58), Son Hın Min (Verner, 82), Solanke.
Liverpul: Alisson, Aleksander-Arnold, Qomes, Van Diyk, Robertson, Makallister (Cons, 68), Qravenberx, Soboslai, Salah (Elliott, 87), Qakpo (Jota, 68), Dias (Nunyes, 87).
Aston Villa – Mançester Siti 2:1
Duran, 16. Rocers, 65 – Foden, 90+3. (42345)
MS: Orteqa, Lüis, Stounz (Uoker, 46), Akanci, Qvardiol, Gündoğan (Savinyo, 73), Kovaçiç (Dokyu, 84), B.Silva, Foden, Qriliş, Holann.
Kristal Pelas – Arsenal 1:5
Sarr, 11 – Jezus, 6; 15. Haverts, 38. Martinelli, 60. Rays, 84. (25167)
Arsenal: Rayya, Timber (Merino, 86), Saliba, Qabriel, Lüis-Skelli (Kalafyori, 58), Edeqor, Parti, Haverts (Rays, 58), Saka (Trossar, 25), Jezus (Nvaneri, 86), Martinelli.
Everton – Çelsi 0:0
(39358)
Çelsi: Sançes, Hüsto, Disasi, Adarabioyo, Koluill, Kaysedo, Fernandes, Neto (Madueke, 76), Palmer, Sançes, Cekson (Nkunku, 76).
Mançester Yunayted – Bornmut 0:3
Heysen, 29. Klyuvert, 61-p. Semenyo, 63. (73720)
MY: Onana, Mazraui, Maquayr, Martines, Dalot, Uqarte (Qarnaço, 55), Maynu, Malasia (Yoro, 46), Dyallo, Fernandeş, Zirkzee (Heylunn, 54).
Brentford – Nottingem Forest 0:2
Ayna, 38. Elanqa, 51. (17115)
İpsviç – Nyukasl 0:4
İsak, 1; 45+2; 54. Merfi, 32. (29774)
Vest Hem – Brayton 1:1
Kudus, 57 – Viffer, 51. (62460)
Fulhem – Sauthempton 0:0
(26819)
Lester – Vulverhempton 0:3
Qedeş, 19. Qomiş, 36. Kunya, 44. (29341)
1. Liverpul 16 12 3 1 37-16 39
2. Çelsi 17 10 5 2 37-19 35
3. Arsenal 17 9 6 2 34-16 33
4. Nottingem F. 17 9 4 4 23-19 31
5. Bornmut 17 8 4 5 27-21 28
6. Aston Villa 17 8 4 5 26-26 28
7. Mançester S. 17 8 3 6 29-25 27
8. Nyukasl 17 7 5 5 27-21 26
9. Fulhem 17 6 7 4 24-22 25
10. Brayton 17 6 7 4 27-26 25
11. Tottenhem 17 7 2 8 39-25 23
12. Brentford 17 7 2 8 32-32 23
13. Mançester Y. 17 6 4 7 21-22 22
14. Vest Hem 17 5 5 7 22-30 20
15. Everton 16 3 7 6 14-21 16
16. Kristal Pelas 17 3 7 7 18-26 16
17. Lester 17 3 5 9 21-37 14
18. Vulverhempton 17 3 3 11 27-40 12
19. İpsviç 17 2 6 9 16-32 12
20. Sauthempton 17 1 3 13 11-36 6
Bombardirlər: Salah (Liverpul) - 15, Holann (MS) – 13, Palmer (Çelsi) – 11, Vud (Nottingem Forest), Mbemo (Brentford), İsak (Nyukasl) – 10.
Turun rəqəmi
50 – Jezus “Kristal Pelas”ın qapısına 2-ci qolu künc zərbəsindən sonra vurdu. Bu, 2021-ci ildə standart vəziyyətlər üzrə məşqçi Nikolya Jover komandaya qoşulandan bəri vurulan 50-ci qoldu. Belə nəticə göstərilən zaman kəsiyində premyer-liqa klubları üçün rekorddu.
Turun ulduzu
Məhəmməd Salah (Liverpul) – klubla yeni müqaviləni razılaşdırandan sonra sanki qanan açıb uçur. İki qol vurdu, iki məhsuldar ötürmə verdi. Sadəcə, mövsümü fantastik səviyyədə keçirir.
Turun sitatı
Paulo Barboza, futbol agenti:

“Çempionluq uğrunda mübarizə artıq bitib. Çətin ki, “Mançester Siti” rəqiblərinə çata bilə. Ancaq düşünürəm ki, Qvardiola getməyəcək, sadəcə, növbəti mövsüm üçün heyətdə dəyişikliklər olacaq. O, anlayır ki, tükənən oyunçular var. Dəyişikliklər etmək lazım gələcək”.


Faktlar
* MS son 12 oyunun 9-da uduzub. Komanda bu oyunların yalnız birində qələbə qazanıb, ikisində heç-heçə edib.
* “Arsenal” 2024-cü ildə səfərdə bütün turnirlərdə 5 və daha artıq qol vurduğu oyunların sayını 6-ya çatdırdı. Bu, premyer-liqa klubları üçün bir təqvim ilinin rekordudu.
* Jezus heç olmasa, bir qol vurduğu premyer-liqa oyunlarında uduzmamaqla bağlı rekordunu uzatdı. Qabrielin fərqləndiyi 61 çempionat oyununun 56-də komandası qələbə qazanıb, daha 5 oyun heç-heçə bitib.
* Salah iki yeni rekord müəyyənləşdirdi. Misirli hücumçu premyer-liqanın tarixinə ardıcıl 4 mövsümdə ən azı 10 və daha qol vuran, 10 və daha artıq məhsuldar ötürmə verən ilk oyunçu kimi düşdü. Bundan başqa, o həm də Milada qədər “qol+ötürmə” sistemi üzrə 13+10 xal topalayan ilk oyunçudu.
* Premyer-liqada məhsuldar hərəkətlərin sayını 252-yə (172 qol, 80 ötürmə) çatdıran Salah hesabında 249 (175+74) hərəkət olan “Arsenal”ın sabiq forvardı Tyerri Anrini arxada qoydu. Salah hazırda premyer-liqa tarixinin bombardir reytinqində 7-ci yerdə qərarlaşıb. Alan Şirer 328 (260 qol, 68 ötürmə) xalla liderdi.
* “Liverpul” bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdırdı.
* “Liverpul” “Tottenhem”lə keçirdiyi son 10 oyunun 7-də qalib gəlib. “Mahmızlar” 1 qələbə qazanıb, daha iki oyun heç-heçə bitib.
* MY 1989/90 mövsümündən bəri ilk dəfə Milad bayramını turnir cədvəlinin ikinci “10-luğ”unda qarşılayacaq. Komanda noyabrın 11-də “sükan arxasına” keçən Ruben Amorimin dövründə 4 qələbə qazanıb, 4 oyunda uduzub, daha bir dəfə heç-heçə edib.
Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Bu gün ötən mövsümdəkindən xeyli yaxşı oynadıq. Nəticələrimiz qənaətbəxş deyil. Məsələ ondan ibartədi ki, mən nəticələri yaxşılşadırmaq üçün futbolçularımla birgə nə edə bilərəm. Çox düşünməyə də vaxtım yoxdu. Sadə olmağa, prinsiplərimə sadiq qalmağa və komandaya özünəinam aşılamağa çalışıram. Nə etməli? Əlimizdə olan oyunçularla kifayətlənməliyik”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Bu gün əvvəlki oyunla müqayisədə daha soyuqqanlı, bəzi aspektrlərdə daha yaxşıydıq. Qələbə qazandığımıza görə çox sevinirəm. Bu qələbə bizə lazım idi, xüsusən də iki heç-heçədən sonra. Ümumilikdə son 10 oyunun yeddisində uduzmamışıq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Bəlkə də səfərdəki ən yaxşı oyunumuz idi. Hərçənd MY ilə oyun da xoşuma gəlmişdi. Tam dominantlıq etdik. Düşünürəm ki, bu oyunda daha çox qol vura bilərdik. Hər təhlükəli vəziyyəti qola çevirmək olmaz. “Tottenhem” məhz bunu bacardı.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Mənim vəzifəm komandanı çalışdırmaqdı. Əlbəttə, mükəmməlləşmək istəyirik. İndi hər şey çətindi. MY kimi klubun evdə 0:3 uduzması həqiqətən ağırdı. Azarkeşlər çox məyusdu, məğlubiyyətlərdən beziblər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri