“Liverpul” hədəf dəyişdi: Maykl Olise yox, Yan Diomande
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin “Liverpul” futbol klubu “Bavariya”nın ulduzu Maykl Oliseni transfer etmək planları real görünmür. Münhen klubu fransalı vingeri satmaq və ya onunla bağlı danışıqlar aparmaq niyyətində deyil.
İdman.Biz xəbər verir ki, Olisenin müqaviləsində sərbəstqalma maddəsinin olmaması mersisaydlıların işini çətinləşdirir. Bu səbəbdən “Liverpul” diqqətini Bundesliqanın digər istedadlı oyunçusu, “Leyptsiq”in üzvü Yan Diomandeyə çevirib.
“Sky”ın müxbiri Florian Plettenberqin yazdığına görə isə 19 yaşlı Diomande üçün artıq ilkin danışıqlar baş tutub. Məhəmməd Salah və Federiko Kyezanın yayda komandadan ayrılma ehtimalını nəzərə alan “Liverpul” yüksək səviyyəli vinger axtarışını davam etdirir. Lakin “Leyptsiq” gənc oyunçu üçün 100 milyon avro (200 milyon AZN) tələb edir ki, bu məbləğ həm “Liverpul”, həm də Diomande ilə maraqlanan “Bavariya” üçün hələlik əlçatmaz görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 06 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















