Liverpul Mançester Siti yə məğlub oldu
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.
Axar.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Kristal Pelas" səfərdə "Brayton"u 1:0 hesabı ilə məğlub edib.
Turun bağlanış oyununda isə "Liverpul" öz meydanında "Mançester Siti"yə uduzub - 1:2. Görüşdə hesabı Dominik Soboslainin vurduğu qolla Mersisayd təmsilçisi açsa da, qonaqlar geridönüş edə biliblər. Əvvəlcə Bernardu Silva, ardınca isə Erlinq Holann fərqlənərək, yekun hesabı müəyyənləşdiriblər.
Bu nəticədən sonra xallarını 50-yə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. "Liverpul" isə 39 xalla 6-cıdır. Turnir cədvəlinə 56 xalla "Arsenal" başçılıq edir.
Bu mövzuda digər xəbərlər:“Mançester Siti” “Liverpul”u məğlub etdi
09 Fevral 2026 08:25
“Mançester Siti” “Liverpul”a rəqib oldu
10 Mart 2026 09:06
“Liverpul”dan sonra “Mançester Siti”
11 Fevral 2025 09:54
“Liverpul” və “Mançester Siti” uduzdu
23 Noyabr 2025 01:48
“Liverpul” “Mançester Siti”ni məğlub etdi VİDEO İdmanXəbər
02 Dekabr 2024 10:16
Baxış sayı:103
Bu xəbər 09 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















