Liverpul Soboslayı komandada saxlamaq istəyir
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Liverpul" Dominik Soboslayı uzun illər komandada saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Caughtoffside" məlumat yayıb.
"Liverpul" macarıstanlı futbolçunun müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Artıq Soboslayla razılıq əldə olunub. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yaxın günlərdə yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Liverpul" Dominik Soboslayı 2023-cü ilin yayında "Leyptsiq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Baxış sayı:107
Bu xəbər 10 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















