“Liverpul” transfer səhvlərini etiraf etdi
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin “Liverpul” futbol klubunun rəhbərliyi son illərdə transfer bazarında çoxsaylı səhvlərə yol verdiyini etiraf edib.
İdman.Biz xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.
Mersisayd klubunda çox sayda istedadlı gənc futbolçunun satılmasının səhv olduğu ilə bağlı daxili qənaət formalaşıb. Bobbi Klark, Jarell Kuanza, Tayler Morton son illərdə klubdan ayrılan futbolçuların yalnız bir hissəsidir.
Mənbənin məlumatına əsasən, “Liverpul” 2020-ci ildən bəri gənc futbolçuların satışından təxminən 270 milyon avro(520 milyon manat) gəlir əldə edib. Lakin klub artıq əsas komandanın gələcəyi üçün kifayət qədər heyət ehtiyatının olmadığını anlayıb. “Liverpul” yaxın vaxtlarda bu problemi həll etməyi planlaşdırır. Bunun üçün İngiltərə və digər ölkələrdən 21 yaşadək ən istedadlı futbolçuların transferinə üstünlük veriləcək.
Əlavə edək ki, “Liverpul” Premyer Liqada beş turdan sonra doqquz xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Baxış sayı:86
Bu xəbər 30 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















