Liverpul un gənc futbolçusu Stiven Cerrardın göstəricisini təkrarladı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Kumas UEFA Çempionlar Liqasında Stiven Cerrardın 25 illik göstəricisini təkrarlayıb.
Uelsli oyunçu Liqa mərhələsinin II turunda Avstriyada LASK-a 6:3 hesabı ilə qalib gəldikləri oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib.
O, Premyer Liqa təmsilçisinin heyətində Çempionlar Liqasının bir qarşılaşmasında həm qol vuran, həm də ötürmə müəllifi olan 21 və ya daha aşağı yaşlı ikinci futbolçu olub.
Matçın ilk hissəsində L.Kumas Bredli Barkolaya ötürmə edib. Qarşılaşmanın 72-ci dəqiqəsində isə özü fərqlənərək "Liverpul"un 6-cı qolunu vurub.
Qeyd edək ki, buna qədər İngiltərə klubunda analoji nəticəni yalnız S.Cerrard göstərib. O, 2001-ci ilin oktyabrında səfərdə Kiyev "Dinamo"su ilə görüşdə qol və ötürmə müəllifi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 15 Oktyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















