Liverpul və Tottenhem ukraynalı futbolçunu transfer etmək istəyir
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Şaxtyor"un futbolçusu Georgiy Sudakov karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Liverpul" və "Tottenhem" ukraynalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Premyer Liqa nəhəngləri 22 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Tottenhem" və "Liverpul" qış transfer pəncərəsi zamanı Ukrayna klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, Georgiy Sudakov "Şaxtyor"un yetirməsidir. Ukrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Baxış sayı:153
Bu xəbər 07 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















