Icma.az
close
up
RU
Fars körfəzi ölkələrinin Azərbaycana investisiyaları 600 milyon dolları ötdü

Fars körfəzi ölkələrinin Azərbaycana investisiyaları 600 milyon dolları ötdü

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin birinci yarısının sonuna Fars körfəzi ölkələri Azərbaycana 606 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) “Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili” adlı hesabatında deyilir.

Bank Körfəz ölkələrindən Avrasiya regionuna investisiyaların yüksək tempini qeyd edir. 2025-ci ilin birinci yarısında onların məbləği 23,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 3,2 dəfə, 2023-cü ilə nisbətən isə 60 % çoxdur.

2025-ci ilin ilk altı ayında Fars körfəzi ölkələrinin investorları ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları olan 10 yeni layihəyə start verib. Tam reallaşdırıldığı halda bu təşəbbüslərin ümumi dəyəri 6,5 milyard dolları üstələyəcək.

2016-cı ildən etibarən aktiv layihələrin sayı 55-ə çatıb. 2025-ci ildə Özbəkistanda beş, Qazaxıstanda üç, Azərbaycanda isə iki layihənin həyata keçirilməsinə başlanılıb.

Avrasiya regionuna investisiya qoyuluşu üzrə liderlər sırasında BƏƏ (68 %, 16,1 milyard ABŞ dolları), Səudiyyə Ərəbistanı (18 %, 4,2 milyard ABŞ dolları), Qətər (10 %, 2,4 milyard ABŞ dolları) və Oman (5 %, 1,1 milyard ABŞ dolları) yer alır.

“Körfəz ölkələrindən investisiyaların demək olar ki, 96 %-i Mərkəzi Asiyaya yönəlib. Ən az vəsaitin daxil olduğu ölkələr Azərbaycan (606 milyon dollar), Ermənistan (174 milyon dollar), Gürcüstan (157 milyon dollar), Qırğızıstan (75 milyon dollar) və digərləridir”, – hesabatda qeyd olunur.

BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanın Neftçala və Biləsuvar rayonlarında günəş elektrik stansiyalarının tikintisi üzrə iki layihə həyata keçirir. Bu layihələrə müvafiq olaraq 383 milyon dollar (Neftçala rayonu, 315 MVt) və 283 milyon dollar (Biləsuvar rayonu, 445 MVt) sərmayə yatırılacaq.

Sahəvi stuktur baxımından Körfəz ölkələri əsas investisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinə yönəldib. İnvestisiyaların təxminən 43 %-i Türkmənistanda neft hasilatı layihəsinə, daha 35 %-i isə Özbəkistan və Azərbaycanın elektrik enerjisi, əsasən bərpa olunan enerji mənbələri seqmentində 29 layihəyə yönəldilib.

“Son illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarını daha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistanda investisiya qoyuluşu üçün yeni istiqamətləri nəzərdən keçirir”, – EDB vurğulayır.

Səudiyyə Ərəbistanının əsas investisiya istiqaməti Özbəkistandır. Bütün toplanmış yatırımların təxminən 93 %-i bu ölkənin payına düşür, investisiyaların qalan hissəsi isə Azərbaycana yönəldilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri