Liviyada prezident və parlament seçkilərinin iki il ərzində keçirilməsi planlaşdırılır
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Liviyanın şərqi və qərbi hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 4+4 Komitəsi ölkədə prezident və parlament seçkilərinin keçirilməsi üçün zəruri olan seçki qanunları ilə bağlı yekun razılaşma imzalayıb.
XQ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyasının (UNSMIL) açıqlamasında bildirilib.
Ölkənin şərqindəki Liviya ordusunun Baş Komandanlığının dörd nümayəndəsi və qərbdəki Razılıq Hökumətinin dörd nümayəndəsi Tripolidəki UNSMIL-in qərargahında görüş keçirib.
Tərəflər seçki qanunları ilə bağlı razılığa gəliblər və müqavilənin yekun mətnini imzalayıblar.
Sənədə əsasən, həm mülki şəxslər, həm də hərbçilər prezidentliyə namizəd ola biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 31 Avqust 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















